Superkubok həyəcanı! Vitinya “Aston Villa” qarşısında PSJ-yə güvənir
PSJ-nin portuqaliyalı yarımmüdafiəçisi Vitinya UEFA Superkubokunda “Aston Villa” ilə keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
TodayPress TV PSJ-nin rəsmi saytına istinadən xəbər verir ki, futbolçu İngiltərə təmsilçisi ilə qarşılaşmanın çətin keçəcəyini bildirib.
“Yeni mövsümün başlamasına baxmayaraq, “Aston Villa”nın necə komanda olduğunu hamımız bilirik. Bu komandaya qarşı oynamaq həmişə çətindir. İki il əvvəlki cavab oyununu xatırlayıram. Bu, xüsusilə ikinci hissədə ağır qarşılaşma idi.
Bizi nə qədər çətin oyunun gözlədiyini anlayırıq. Eyni zamanda bilirik ki, karyerada Superkubokda oynamaq imkanı çox tez-tez yaranmır.
Dünya çempionatından sonra istirahət etmək üçün vaxtımız oldu. İndi oynamağa hazırıq. Mövsümə tədricən daxil olmalıyıq. Hazırda bütün fikirlərimiz Superkubok matçına yönəlib”, – deyə Vitinya Superkubok oyunu barədə danışıb.
Qeyd edək ki, “PSJ” – “Aston Villa” qarşılaşması bu gün, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Namiq HUN