DİQQƏT! Rezidenturaya qəbulun tarixi açıqlandı

DİQQƏT! Rezidenturaya qəbulun tarixi açıqlandı
19.06.2026 10:48 Elm və Təhsil

İyunun 21-də Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) keçiriləcək.

Bu barədə TodayPress TV-yə DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak etmək üçün 2141 namizəd qeydiyyatdan keçib. Onlardan 1626 nəfər Azərbaycan, 515 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 899 nəfəri oğlan, 1242 nəfər qızdır. 332 nəfər cari ilin, 1023 nəfər əvvəlki illərin məzunudur. 786 nəfər isə növbəti illərdə məzun olacaq. 29 nəfər xarici ölkə vətəndaşıdır.

İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edir. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İmtahanda iştirak edən namizədlər DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Namizədin yaddaş kitabçası" da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- "İmtahana buraxılış vərəqəsi".

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Binaya mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahanın keçirilməsi üçün 6 bina, 6 ümumi imtahan rəhbəri, 14 imtahan rəhbəri, 113 nəzarətçi, 17 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.

TodayPress TV

NEWS FEED
19 JUNE 2026
Növbəti 3 gündə Azərbaycanda güclü külək əsəcək 15:20 "Sabah" Ceyms İdslə yolları ayırdı 15:09 Məktəbəqədər təhsillə bağlı yeni model tətbiq ediləcək 15:07 Moskva "qələbə" elan etdi - Zelenskinin məktubuna Moskvadan cavab gəldi 14:57 Sənaye və kənd təsərrüfatı obyektləri subsidiyalaşdırılacaq - TƏSDİQLƏNDİ 14:53 Bu Nazirliklərə yeni səlahiyyətlər verildi - FƏRMAN 14:49 Xəzər rayonunda yanğın başladı 14:47 Məclisi bağlayıb istədiklərini edirlər - İranda parlament qiyama qalxdı, Əraqçinin "Qırmızı Xətti" keçildi 14:31 Moskva gün işığına həsrət qaldı - Ukrayna dronları səmaları örtdü - VİDEO 14:12 Rusiya yoxa çıxır, nə edirsiniz? 14:06 İran erməni qardaşlarına bərk hiddətləndi: Proseslər nəzarətdən çıxır... 14:01 Türkiyə NATO-nun V maddəsinin işə düşməsini tələb etdi - Ankara sammiti öncəsi qlobal laylar tərpəndi 13:45 Azərbaycanda avtonom nəqliyyat vasitələri tətbiq ediləcək - TƏSDİQLƏNDİ 13:42 "Diplomatik xidmət haqqında" qanuna dəyişikliklər edildi 13:33 Putin tapşırıq verdi - Ukrayna Ordusu kütləvi şəkildə qətlə yetirilicək - Lavrov açıqladı... 13:12 Bu Avropa ölkəsi ilə diplomatik əlaqələrdə tarixi addım təsdiqləndi 13:11 Temperatur kəskin dəyişəcək - SABAHIN HAVASI 13:08 DÇ 2026: Türkiyə Paraqvaya qarşı 12:51 Zahid Oruc: "Tezisləri Yeliseydə yazıldığı şübhə doğurmayan saxta məhkəmə hökmləri..." 12:41 Prezident: Dağıstanlıların qoruyub saxladığı bu heykəl mənim babamın yadigarıdır - FOTO 12:43 Media və Yayım Şurası yaradılır 12:33 Rusiya dağılır - Xalq Putindən əl çəkmir - SORĞU 12:30 Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi 12:20 İranın ABŞ ilə Cenevrədəki görüşü təxirə salındı 12:12 NATO Ankaraya yığışır - Türkiyədən baxdıqda Rusiyanın alovları görünür 12:09 All News