Bağçalara uşaqların elektron qəbulu başlanılır

Bağçalara uşaqların elektron qəbulu başlanılır
02.07.2026 12:04 Elm və Təhsil

7 iyul 2026-cı il saat 11:00-dan etibarən Regional Təhsil İdarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə, 9 iyul 2026-cı il saat 11:00-dan etibarən isə Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələrin yaradılmasına başlanılacaq.

Bu barədə TodayPress TV-yə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 2021 və 2022-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat 11:00-da, 2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar üçün isə saat 15:00-da aktiv olacaq.

Bu il ilk dəfə olaraq qəbul prosesi “myGov” platforması üzərindən həyata keçiriləcək. Belə ki, valideynlər (və ya qanuni nümayəndələr) qeyd olunan tarixlərdə “myGov” kabinetinə daxil olaraq “Xidmətlər” bölməsindən Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər təhsil müəssisələrinə qəbul” xidmətini seçməklə elektron müraciət prosesini həyata keçirə bilərlər.

Qeyd edilib ki, qəbul sistemi vasitəsilə bir uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsi seçilə bilər. Yaradılmış növbə boş yer olduğu təqdirdə minimum 5 gündən sonra sorğuya çevriləcək. Sorğu yaradıldıqdan sonra valideyn (və ya qanuni nümayəndə) 7 gün ərzində tələb olunan sənədləri müvafiq məktəbəqədər təhsil müəssisəsinə təqdim etməlidir. Əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq.

Ötən tədris ilində yaradılmış növbə və sorğular arxivləşdirilərək valideyn kabinetinə əlavə edilib. Həmin növbə və sorğular 2026–2027-ci tədris ili üzrə qəbul prosesində etibarlı hesab olunmur.

TodayPress TV

NEWS FEED
02 JULY 2026
Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetlərinin rəhbər heyəti görüşdü 16:15 "Qəbələ" Səlahət Ağayevlə müqavilənin müddətini uzatdı 16:09 Qazaxıstanda SSRİ dövrü bitdi - Ölkə faktiki müstəqil oldu 15:32 NATO Rusiyanın "dərdindən" gecələr yata bilmir 15:30 Türkiyədə güclü zəlzələ oldu 15:26 Baş beyin şişi: Əlamətlər hansılardır və müalicə şansları nə qədərdir? 15:14 SOCAR hansı ölkələrdə nə qədər qazanır? 15:09 İran Hörmüzdən keçən tankerlərə xəbərdarlıq etdi 15:05 İdman jurnalistlərinin rəngarəng həyatı: Həftənin 7 günü, günün 24 saatı iş... 14:52 "Tottenhem" Mateuş Fernandeşi heyətinə qatdı 14:36 Ərdoğanla foto Avropa İttifaqının qadın rəhbərini siyasətdən silir 14:30 Deniz Göktaş hava limanında saxlanıldı 14:19 Alen Simonyan deputat mandatından imtina etdi 14:02 Putin türk dövlətinin ətəyindən yapışdı - Moskva çıxış yolu axtarır 14:02 Rusiya Avropadakı bütün nüvə obyektlərini hədəfə aldı - Uzunmənzilli raketlər əmrə hazır 13:58 Paşinyan: "Azərbaycan və Türkiyə ilə elektrik xətləri çəkəcəyik" 13:51 Netanyahudan SENSASİYA: İsrail bundan imtina edə bilər 13:43 100 il sonra azərbaycanlılar İraqda hakimiyyətdə 13:32 Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi 13:23 Rusiya Ukraynanın strateji raket zavodunu vurdu 13:11 Sabah hava necə olacaq? - PROQNOZ 12:44 Onlar da şəhid oldular – Azərbaycan polisi 108 yaşında 12:43 Azərbaycanda büdcə niyə hələ də neftdən asılı qalıb? 12:33 Diqqət! Susuz qalacaqsınız 12:29 Bağçalara uşaqların elektron qəbulu başlanılır 12:25 All News