Zelenski G7 sammitində Trampla mühüm söhbətə ümid edir

Zelenski G7 sammitində Trampla mühüm söhbətə ümid edir
13.06.2025 00:14 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 15-17-də keçiriləcək “Böyük yeddilik” (G7) sammiti çərçivəsində Amerika lideri Donald Trampla görüşəcəyinə və əlavə anti-Rusiya sanksiyalarının tətbiqini müzakirə edəcəyinə ümid edir.

TodayPress TV “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Zelenski Almaniyanın müdafiə naziri Boris Pistoriusla keçirdiyi brifinqdə bildirib.

“Bu sanksiyalar paketi (Qrem-Blyumental qanun layihəsi) bizim üçün çox vacibdir. Biz bunu müzakirə etdik, onlar bizə gəldi, buna çox müsbət yanaşırıq. Buna görə onlara həqiqətən minnətdarıq”, - o deyib.

Bununla belə, o qeyd edib ki, yekun qərar hələ də Trampdan asılıdır.

“G7 sammitində söhbət etmək imkanımızın olacağına ümid edirəm. Çox ümid edirəm ki, ona qədər müvafiq qərarlar qəbul edilməsə, ən azı bu qərara nə qədər yaxın olduğumuzu anlaya biləcəyəm. Aİ ölkələri ilə koordinasiya və şanslar paketləri üzrə mövqelərin uyğunlaşdırılmasının davam etməsi vacibdir. Hesab edirəm ki, bu, artıq irəliyə doğru atılmış addımdır”, - Ukrayna lideri əlavə edib.

Zelenski ilə Tramp arasında sonuncu görüş aprelin 26-da Vatikanda baş tutub. Onlar mərhum Roma Papası Fransisklə vida mərasimində iştirak etmək üçün Vatikana getmişdilər. Cəmi 15 dəqiqə davam edən görüş pontifikin dəfn mərasimindən əvvəl Müqəddəs Pyetro bazilikasında baş tutub. Hər iki lider bunu məhsuldar görüş kimi qiymətləndirib.

XƏBƏR LENTİ
31 IYUL 2026
II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Bütün Xəbərlər