Yeni əskinaslar paltaryuyan maşında yuyulur - Pullar belə sınaqdan keçirilir

Yeni əskinaslar paltaryuyan maşında yuyulur - Pullar belə sınaqdan keçirilir
15.07.2026 16:00 Dünya

Qazaxıstan Milli Bankı yeni əskinasların dövriyyəyə buraxılmazdan əvvəl bir sıra keyfiyyət sınaqlarından keçirildiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, sınaqlardan biri əskinasların adi paltaryuyan maşında yuyulmasını nəzərdə tutur.

Milli Bankın yaydığı məlumata görə, testlər əskinasların gündəlik istifadə zamanı qarşılaşa biləcəyi şəraiti simulyasiya etmək məqsədi daşıyır. Bu zaman pullar yuyucu vasitələrlə birlikdə suya salınır, mexaniki təsirlərə və temperatur dəyişikliklərinə məruz qoyulur.

Bundan əlavə, mütəxəssislər əskinasların təkrar əyilmə, aşınma və digər fiziki təsirlərə davamlılığını da yoxlayırlar. Bunun üçün çirklənməni təqlid edən xüsusi maddələrdən və uzunmüddətli dövriyyəni simulyasiya edən avadanlıqlardan istifadə olunur.

Qazaxıstan Milli Bankı bildirib ki, bu sınaqlar əskinasların keyfiyyətini artırmağa, onların görünüşünü, təhlükəsizlik elementlərini və istismar xüsusiyyətlərini uzun müddət qoruyub saxlamasına kömək edir.

Hazırda Qazaxıstanda 500, 1000, 2000, 5000, 10000 və 20000 təngə nominallı əskinaslar dövriyyədədir və onlar Almatıdakı əskinas fabrikində istehsal olunur.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
15 JULY 2026
Türkiyə Ermənistan məsələsində Bakı olmadan addım atmayacaq 19:01 Tramp məktəbə hücum görüntülərinin süni intellekt olduğunu dedi 18:49 Hikmət Hacıyev: “Pakistanla münasibətlərimiz mükəmməldir” 18:44 Avropa Ukrayna üçün “sandığın ağzını açdı” 18:30 Slovakiya Prezidentinin Azərbaycana səfəri başa çatdı 18:23 İsrail və Livan razılaşdı - DETALLAR 18:14 Slovakiya Prezidenti “Sea Breeze”ə getdi 18:06 Samuxda halvadan zəhərlənənlərin vəziyyəti orta ağırdır - YENİLƏNDİ 17:55 Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək 17:33 Bütün dünya ondan danışır: Azərbaycanlı məktəbli Kodlaşdırma üzrə dünya çempionu oldu 17:16 CENTCOM İrana qarşı yeni zərbə dalğasını başa çatdırdı 17:10 İran hamını vurdu, İsrailə toxunmadı – Səbəb nədir? 16:58 Ukrayna Rusiya büdcəsini dəldi: 48 milyard dollar havaya uçdu 16:56 ABŞ TRIPP dəhlizinə rusu rəhbər qoydu - Sokolov kimdir? 16:53 İki parklanma yerini zəbt edən sürücülərə xəbərdarlıq: Qaydalar sərtləşə bilər 16:48 Tehrandan xüsusi humanitar plan: Cənub əyalətlərində bərpa prosesi başladı 16:43 Rusiya deputatından Azərbaycanla bağlı diqqətçəkən açıqlama 16:27 İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı təsdiqləndi 16:23 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi 16:21 Rusiya Azərbaycana hücum təşkil etməklə özünü dünyada biabır edir - TƏHLİL 16:10 Yeni əskinaslar paltaryuyan maşında yuyulur - Pullar belə sınaqdan keçirilir 16:00 FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi 15:57 Arauxo "Barselona"dan "Atletiko"ya keçə bilər 15:51 Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 15:49 Baş Prokurorluq şirkət rəhbərinin iddialarına cavab verdi 15:39 All News