Yaxın şərqdə gecə nə baş verdi? Hərbi əməliyyatların miqyası genişlənir

Yaxın şərqdə gecə nə baş verdi? Hərbi əməliyyatların miqyası genişlənir
23.07.2026 10:11 Dünya

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın hərbi obyektlərinə növbəti zərbələr endirildiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, hücumlar dəniz obyektlərini, raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarları, sahil kəşfiyyat məntəqələrini və hava hücumundan müdafiə sistemlərini əhatə edib.

Axios nəşrinin məlumatına görə, ABŞ İrana qarşı əməliyyatların yenidən başlamasından sonra ilk dəfə strateji B-1 Lancer bombardmançısından istifadə edib. Nəşr bunu Vaşinqtonun hərbi əməliyyatların miqyasını genişləndirməsinin göstəricisi kimi qiymətləndirir.

İranın Mehr agentliyi isə ABŞ-ın İran–İraq sərhədində yerləşən Şalamçə sərhəd-keçid məntəqəsinə endirdiyi raket zərbəsi nəticəsində 2 nəfərin həlak olduğunu, 11 nəfərin isə yaralandığını bildirib

SEPAH-ın yaydığı məlumata görə, Hörmüz boğazının minalanmış hissəsindən keçməyə cəhd edən üç tankerdən biri partlayaraq yanmağa başlayıb. Digər iki tanker isə marşrutu tərk edərək geri çəkilib.

Bununla yanaşı, İran Silahlı Qüvvələri Küveytdə yerləşən ABŞ hərbi bazalarına zərbələr endirdiyini açıqlayıb. Küveyt ordusu isə hava hücumundan müdafiə qüvvələrinin pilotsuz uçuş aparatlarının hücumlarını dəf etdiyini bəyan edib.

Nicat Osmanlı

TodayPress TV

NEWS FEED
23 JULY 2026
Xaçaturyanın vəziyyəti pisləşdi: Xəstəxanaya yerləşdirildi 12:59 Konfrans Liqası: "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək 12:55 Ölkə ərazisində gözlənilən hava proqnozu açıqlandı 12:51 Britaniya İrandakı vətəndaşlarına təcili çağırış etdi– Azərbaycan sərhədi ilə bağlı vacib xəbərdarlıq 12:46 Aralıq dənizi "ortada" qaldı: Türkiyə ilə İsrail arasında sular isinir 12:32 Türkiyədə zəlzələ oldu 12:11 Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı 12:08 Peşə üzrə təhsil alanlar yataqxanalara bu qədər ödəniş edəcəklər 12:03 Arxangelsk iflas etdi: Rusiya qazsız və kömürsüz qalan şəhəri itirdi 11:56 Prezident Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı 11:51 Bu bölgələrin sakinlərinə şad xəbər - Peşə məktəbləri gəlir 11:41 Azərbaycan və Türkiyə peşə təhsili üzrə birləşir 11:38 Rusiya tonlarla qızılı satışa çıxardı - Böhran ölkəni dalana dirədi 11:28 Qadınların peşə seçimində ilk yeri dayəlik tutub 11:39 Saleh Məmmədov Almaniyada 24 hektar torpaq alıb? – ŞOK FOTO yayıldı 11:38 Bu peşələr üzrə təhsil ali məktəb təhsilindən daha bahadır 11:32 Yeni postlar, yeni adlar: Prezident kimlərə vəzifə verib? 11:30 Həmid Herisçi : "Ömrümü Azərbaycana həsr etdiyim üçün peşmanam" -VİDEO 11:15 Aşpazlıq peşəsinə tələbat artdı 11:26 Bu peşədə təhsil alanlar bütün dünya ölkələrində iş tapa biləcək 11:23 İyul ayının pensiya ödənişi yekunlaşdı 11:20 Tələbələr iş tapmaq üçün daha çox bu peşələri seçirlər 11:17 Bu ildən əmək bazarında yeni peşələr üzrə təhsil veriləcək 11:15 Əraqçi ilk dəfə həmin gecədən danışdı: Hər şey xarabalığa çevrilmişdi... 11:11 Peşə təhsilinə qəbul planının böyük hissəsi dövlət sifarişli yerlərdən ibarətdir 11:06 All News