Bu bölgələrin sakinlərinə şad xəbər - Peşə məktəbləri gəlir

Bu bölgələrin sakinlərinə şad xəbər - Peşə məktəbləri gəlir
23.07.2026 11:41 Elm və Təhsil

Peşə təhsili müəssisələrinin infrastrukturunun yenilənməsi istiqamətində işlər davam etdirilir.

TodayPress TV xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, hazırda 16 peşə təhsili müəssisəsində yenidənqurma və əsaslı təmir layihələri həyata keçirilir. Onlardan 4-ü artıq yekunlaşıb, 5-də işlər davam edir, 7 müəssisə üzrə isə layihələndirmə mərhələsi aparılır.

İlqar Bayramlı bildirib ki, yenidənqurma işləri Cəlilabad və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzlərində, əsaslı təmir işləri isə Tərtər və Neftçala Peşə Liseylərində tamamlanıb.

Agentlik rəhbəri qeyd edib ki, hazırda Füzuli və Kəlbəcər Dövlət Peşə Təhsil Mərkəzlərində, Quba Peşə Liseyində, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yenidənqurma, Şuşa Dövlət Peşə Təhsil Mərkəzində isə əsaslı təmir işləri davam etdirilir.

Onun sözlərinə görə, Zəngilan, Qubadlı, Ağdam və Tovuz Dövlət Peşə Təhsil Mərkəzləri, Qax Peşə Liseyi, Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi üzrə yenidənqurma layihələri hazırlanır. Salyan Peşə Liseyində isə əsaslı təmir layihəsi layihələndirmə mərhələsindədir.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUL 2026
Azərbaycan şirkəti ABŞ-də neft yataqları aldı– Tarixi razılaşma 13:12 Xaçaturyanın vəziyyəti pisləşdi: Xəstəxanaya yerləşdirildi 12:59 Konfrans Liqası: "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək 12:55 Ölkə ərazisində gözlənilən hava proqnozu açıqlandı 12:51 Britaniya İrandakı vətəndaşlarına təcili çağırış etdi– Azərbaycan sərhədi ilə bağlı vacib xəbərdarlıq 12:46 Aralıq dənizi "ortada" qaldı: Türkiyə ilə İsrail arasında sular isinir 12:32 Türkiyədə zəlzələ oldu 12:11 Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı 12:08 Peşə üzrə təhsil alanlar yataqxanalara bu qədər ödəniş edəcəklər 12:03 Arxangelsk iflas etdi: Rusiya qazsız və kömürsüz qalan şəhəri itirdi 11:56 Prezident Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı 11:51 Bu bölgələrin sakinlərinə şad xəbər - Peşə məktəbləri gəlir 11:41 Azərbaycan və Türkiyə peşə təhsili üzrə birləşir 11:38 Rusiya tonlarla qızılı satışa çıxardı - Böhran ölkəni dalana dirədi 11:28 Qadınların peşə seçimində ilk yeri dayəlik tutub 11:39 Saleh Məmmədov Almaniyada 24 hektar torpaq alıb? – ŞOK FOTO yayıldı 11:38 Bu peşələr üzrə təhsil ali məktəb təhsilindən daha bahadır 11:32 Yeni postlar, yeni adlar: Prezident kimlərə vəzifə verib? 11:30 Həmid Herisçi : "Ömrümü Azərbaycana həsr etdiyim üçün peşmanam" -VİDEO 11:15 Aşpazlıq peşəsinə tələbat artdı 11:26 Bu peşədə təhsil alanlar bütün dünya ölkələrində iş tapa biləcək 11:23 İyul ayının pensiya ödənişi yekunlaşdı 11:20 Tələbələr iş tapmaq üçün daha çox bu peşələri seçirlər 11:17 Bu ildən əmək bazarında yeni peşələr üzrə təhsil veriləcək 11:15 Əraqçi ilk dəfə həmin gecədən danışdı: Hər şey xarabalığa çevrilmişdi... 11:11 Bütün Xəbərlər