Bu peşələr üzrə təhsil ali məktəb təhsilindən daha bahadır
2026–2027-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrində illik təhsil haqları açıqlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı keçirilən brifinqdə məlumat verib.
Məlumata görə, ənənəvi proqramlar üzrə illik təhsil haqları aşağıdakı kimidir:
* İlk peşə təhsili – 500–800 manat;
* Texniki peşə təhsili – 500–1700 manat;
* Yüksək texniki peşə təhsili – 1280–2710 manat.
Tərəfdaş təşkilatlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən sertifikat proqramlarının illik təhsil haqqı isə 2500–6500 manat arasında dəyişir.
İlqar Bayramlı bildirib ki, hazırda tərəfdaş təşkilatlarla əməkdaşlıq çərçivəsində 3 peşə təhsili müəssisəsində 7 sertifikat proqramı təklif olunur.
Qiymət Mahir