"SpaceX" raketinin Ayla toqquşmasına günlər qaldı

"SpaceX" raketinin Ayla toqquşmasına günlər qaldı
02.08.2026 03:35 Dünya

"SpaceX"ə məxsus istifadədən çıxarılmış raketin gələn həftə Ayla toqquşması gözlənilir.

TodayPress TV xəbər verir ki, saatda 8 700 kilometr sürətlə baş verəcək toqquşma yeni bir krater yaradacaq.

Mütəxəssislərin fikrincə, toqquşmanın yaradacağı enerji təxminən 3 ton TNT-nin partlayış gücünə bərabər olacaq. Bunun nəticəsində Ay səthində təxminən 27 metr enində və 5 metr dərinliyində yeni bir kraterin əmələ gələcəyi, kilometrlərlə hündürlüyə toz və qaya parçalarının sovrulacağı gözlənilir.

Alimlər hesab edir ki, yaranacaq toz buludu Ayın səth quruluşu haqqında mühüm məlumatlar təmin edəcək. Toqquşmadan əvvəl və sonra NASA-nın "Lunar Reconnaissance Orbiter" aparatı və Cənubi Koreyanın "Danuri" Ay orbital aparatı ərazini görüntüləyərək elmi müşahidələr aparacaq.

Qeyd edək ki, sözügedən hadisə Ayla təsadüfən toqquşan ikinci raket kimi tarixə düşəcək. 

Xatırladaq ki, 2022-ci ildə Çinə məxsus raket parçası Ayın görünməyən tərəfinə çırpılaraq iki krater yaratmışdı.

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
02 AUGUST 2026
Rumıniya AES-i fəaliyyətini dayandıra bilər - Səbəb nədir? 01:34 Boynu qəfil fırlatmaq insulta səbəb ola bilər? - Mühüm xəbərdarlıq 01:41 İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkim izah etdi 01:30 "SpaceX" raketinin Ayla toqquşmasına günlər qaldı 00:48 Çin Yer kürəsini dəyişəcək nəhəng layihəyə başladı: Alimlər həyəcanlandı 21:18 Peruda turist təyyarəsi qəzaya uğradı: Ölənlər var 01:37 Tramp "51-ci ştat" paylaşımını təkrarladı 01:05 Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı apardı 00:47 "Hürmüzdəki insidentlər İrana hücum bəhanəsidir" – Tehran rəsmi mövqeyini açıqladı 00:29 Fransada meşə yanğınları nəzarət altına alındı - Baş nazir 00:04 ABŞ-nin sabiq diplomatı xəbərdarlıq etdi: Tramp İrana qarşı hansı addımı atacaq? 23:43 "Patriot" raketləri anbarlarda qalmamalıdır - Zelenskidən Qərbə açıq çağırış 23:24 13 yaşlı futbolçu faciəvi şəkildə həlak oldu 23:09 Keçmiş kənd təsərrüfatı naziri vəfat etdi 22:59 FIFA prezidentinin yerinə kim gələcək? - UEFA-nın diqqətində iki namizəd var 22:55 Rusiyanın mərkəzində restoranda PARTLAYIŞ - Ölən və yaralananlar var 22:40 "Sabah" hücum xəttini ingilis klubunun futbolçusu ilə möhkəmləndirdi 22:30 Kiyevdə dəhşətli zərbə - raket zavodları hədəfə alındı 22:07 İtaliyada son 40 ilin ən güclü zəlzələsi - Xəsarət alanlar var 21:46 Miqrasiya böhranı böyüyür - İrlandiya TƏCİLİ iclas çağırdı 21:58 ABŞ-dən 50 ölkə üçün yeni viza qərarı: 20 min dollar ödəməli olacaqlar 21:44 İsrail ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirildi 21:30 İlham Əliyevdən Nəriman Həsənzadənin ölümü ilə bağlı paylaşım 21:22 İraq İordaniyaya girəcək - TƏCİLİ xəbərdarlıq edildi 21:12 Tofiq Musayev UFC-də qələbə qazandı 20:54 All News