Rusiya hərəkətə keçdi: Ermənistana zərbə endiriləcək

Rusiya hərəkətə keçdi: Ermənistana zərbə endiriləcək
01.07.2026 11:42 Dünya

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin bu gün Ermənistana gözlənilən səfəri ölkə hakimiyyətindəki bəzi dairələrdə narahatlıq yaradıb. Erməni mətbuatında səfərin Moskvanın İrəvana qarşı yeni iqtisadi təzyiq addımları ilə nəticələnə biləcəyi barədə ehtimallar səsləndirilir.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti məlumat yayıb.

Məlumata görə, bir neçə ay əvvəl İrəvanda keçirilən Avropa forumu və Ukrayna Prezidenti Volodimir Zelenskinin səfərindən sonra Rusiya Ermənistanın bəzi məhsullarının ixracına məhdudiyyətlər tətbiq etmişdi. Bildirilir ki, həmin dövrdə hakim "Vətəndaş Müqaviləsi" Partiyasının bəzi üzvləri Avropa ilə yaxınlaşmanın Moskvanın sərt reaksiyasına səbəb ola biləcəyi barədə xəbərdarlıq etmişdilər.

Hazırda da hakimiyyət daxilində oxşar narahatlıqların olduğu qeyd olunur. Məlumata əsasən, bəzi siyasi dairələr Ursula fon der Lyayenin İrəvana səfərindən sonra Kremlin Ermənistana qarşı ikinci genişmiqyaslı iqtisadi sanksiyalar paketini gündəmə gətirə biləcəyini istisna etmirlər.

Qeyd olunur ki, iyulun 1-2-də baş tutacaq Avropa nümayəndə heyətinin səfərində Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos da iştirak edəcək. Səfər parlament seçkilərindən sonra və Konstitusiya Məhkəməsinin mühüm qərarı ərəfəsində Baş nazir Nikol Paşinyana verilən siyasi dəstək mesajı kimi qiymətləndirilir.

Eyni zamanda vurğulanıb ki, Ermənistan rəhbərliyinin Qərblə münasibətləri dərinləşdirmək istiqamətində atdığı addımlar Kreml tərəfindən diqqətlə izlənilir. Ehtimallara görə, Moskva Cənubi Qafqazda təsir imkanlarını qorumaq məqsədilə iqtisadi rıçaqlardan istifadə edə bilər. Bununla belə, Rusiya tərəfi bununla bağlı hər hansı rəsmi açıqlama verməyib.

Məlumatda mümkün iqtisadi məhdudiyyətlərin ilk növbədə Ermənistanın sahibkarlarına, ixracatçılarına və ümumilikdə ölkə iqtisadiyyatına mənfi təsir göstərə biləcəyi vurğulanıb.

TodayPress TV

NEWS FEED
19 AUGUST 2026
Kolumbiyada zəlzələ qurbanlarının sayı artır 02:33 “Üçüncü Dünya müharibəsi Avropanı məhv edəcək” – Belarus rəsmisindən proqnoz 01:56 Suriyada qaz boru kəmərində PARTLAYIŞ 02:17 Tramp Kanada ilə ticarət müharibəsində geri addım atır? - DETALLAR 02:08 Netanyahudan Suriyaya XƏBƏRDARLIQ- Türkiyə qoşunları narahatlıq yaratdı 01:47 Tramp İrana qarşı strategiyanı dəyişdi: Danışıqlar DAYANDIRILDI! 02:26 Tehran susmadı! BƏƏ-nin raket iddiasına reaksiya verdi 01:36 Çempionlar Liqası: “Fənərbağça” “Lion”la heç-heçə etdi 01:24 BƏƏ-dən gözlənilməz QƏRAR: İranla bütün əlaqələr DONDURULDU 00:49 Türkiyədə zəlzələ baş verdi 00:43 BƏƏ Müdafiə Nazirliyi İrandan atılan raketlə bağlı açıqlama yaydı 00:13 Ukraynada bir aydır davam edən etirazlardan sonra Fedorov danışdı 23:57 Türkiyədə qohum ailələr arasında silahlı qarşıdurma: Ölən və yaralananlar var 23:46 Yunanıstanda eyni anda bir neçə meşə yanğını başladı 23:26 Moskva Bakıya mesaj verdi: “Bu, Rusiyanın mövqeyi deyil” 23:32 ABŞ Yaxın Şərqdən çəkilir? - Pentaqonun planı üzə çıxdı 23:15 Bu ərazilərdə işıq OLMAYACAQ 22:55 İran-Azərbaycan münasibətlərində yeni səhifə: Əraqçidən AÇIQLAMA 22:57 Trampın Şimali Koreya siyasətinə BMT-dən cavab gəldi 22:47 Belarus sərhədində DƏHŞƏTLİ statistika: 96 miqrant öldü 22:25 Azərbaycana qarşı açıqlamaları ilə tanınan Rusiya rəsmisi istefa verdi! 22:30 70 mindən çox miqrantdan sonra sərhədlərlə bağlı YENİ QƏRAR 22:06 BMT İsrailə “dur” dedi: Suriyaya zərbələrə kəskin reaksiya 21:58 Türkiyədən İsrailə SƏRT REAKSİYA: “Suriyanın ərazi bütövlüyünü pozur!” 21:34 Ayxan Cavadov finala vəsiqə qazandı 21:27 All News