Qonşu ölkələr İranın çöküşünə hazır idi və hamısı sevinirdi - Əraqçidən sensasion açıqlamalar

Qonşu ölkələr İranın çöküşünə hazır idi və hamısı sevinirdi - Əraqçidən sensasion açıqlamalar
20.07.2026 13:37 Dünya

"Qonşu ölkələr İranın çöküşünə hazır idilər və hamısı gizli bir sevinc içində idi. Nə qədər kədərlidir, deyilmi? Bəs İran bunlardan qisasını almayacaq? Əlbəttə alacaq. Buna tarixin şilləsi deyirlər."

TodayPress TV  xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi İran televiziyasına müsahibəsində deyib.

TodayPress TV müsahibənin mətnini təqdim edir:

Abbas Əraqçi: Bölgə liderlərindən biri ilə görüşdüm. Daxilən hiss etdiyi gizli bir sevinc və olduqca təkəbbürlü, qürurlu bir tərzlə mənə dedi ki: "Əmin olun, sizə hücum edəcəklər; nüvə obyektlərinizi vurub məhv edəcəklər, raket potensialınızı ortadan qaldıracaqlar, neft obyektlərinizi yerlə-yeksan edəcəklər. Sakit olun, qarşılıq verməyin ha! Çünki qarşılıq versəniz, sizi də vurarlar, rəhbərliyinizi vurarlar, özünüzü..."

Müxbir: Bunu kim dedi?

Abbas Əraqçi: Bölgə liderlərindən biri.

Müxbir: Səudiyyə Ərəbistanımı?

Abbas Əraqçi: (Gülərək) İndi adlara girməyək, nəticədə bizim hamısı ilə işimiz var, birlikdə işləyirik.

Müxbir: Yox, bu üslub tam Bin Səlmana uyğundur.

Abbas Əraqçi: (Gülərək) Dediyim kimi, xahiş edirəm, adlara girməyək. Əslində, hamısının üslubu buna uyğundur. Buraxın, biz işimizi görək. Xeyr, həqiqətən hamısının ruh halı belə idi. Hamısı bir hadisənin baş verməsini gözləyirdi, amma bir tərəfdən də qorxurdular. Mən orada onlara dedim ki...

Müxbir: Yəni bu işə bitmiş gözü ilə baxırdılar?

Abbas Əraqçi: Bəli, onlara dedim ki, hadisə sizin dediyiniz qədər asan deyil. Əgər bizim hər hansı bir nöqtəmizi vursalar, biz də onun tam qarşılığındakı nöqtəni vurarıq. Nüvə obyektlərimizi vursalar, nüvə obyektlərini vurarıq. Hərbi potensialımızı vursalar, hərbi potensiallarını hədəf alarıq. Əgər Amerika da bu işə daxil olarsa, istər-istəməz Amerikanın bölgədəki bazalarını vuracağıq. Çünki bizim raketlərimiz Amerika materikinə çata bilməz, amma bölgədəki bazalarına çatar. Əgər neft obyektlərimizi vursalar və biz neft sata bilməyəcək vəziyyətə düşsək, bu bölgədə heç kim neft sata bilməz! Təbii ki, bu sözlər qarşımdakı şəxsi bir az qəzəbləndirdi və belə dedi: "Heç kim bizi təhdid edə bilməz! Əgər biri bizi təhdid edərsə, bütün Avropa, bütün Amerika ona qarşı cəbhə alar; hətta Çin belə ona qarşı olar. Çünki bizim Çinlə çox böyük ticari əlaqələrimiz var. Dünyadakı neft axını bizim əlimizdədir, paylama zənciri bizim əlimizdədir..." kimi sözlər danışdı.

Mən də güldüm və dedim ki: "Yox canım, Allah eləməsin, biz sizi vurmaq istəmirik ki! Biz Amerika bazalarını vuracağıq, amma təəssüf ki, o bazalar sizin torpaqlarınızdadır..."

Jalə Rövşən

NEWS FEED
21 JULY 2026
Gədəbəy Almaniyanı Azərbaycanla necə birləşdirir? 16:48 Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı - YENİLƏNDİ 15:49 Ermənipərəst Fransa kontekstində dost Almaniya necə görünür? 16:42 Prezident və Fridrix Merts mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ 15:55 Hikmət Hacıyev Tural Sadıqlını biabır etdi : Vətənə xəyanət edən insanlara yazığım gəlir - VİDEO 16:31 Türkiyə S-400-ü Azərbaycana sata bilər? - General 16:23 İlham Əliyev Fridrix Mertsi Azərbaycana səfərə dəvət etdi 16:21 Merts: Bakı və Berlin arasında münasibətlər dinamik şəkildə inkişaf edir 16:18 Özgür Özəl CHP-dən getdi, yeni partiya qurur 16:14 Prezident mətbuat konfransında Avropa İttifaqı ilə əlaqələrə toxundu 16:09 Trampdan sonra TRIPP-in taleyi necə olacaq? - AÇIQLAMA 16:02 Almaniya - Rusiya cəbhəsində sürpriz güc: Berlin Bakıdan dəstək alacaq 15:52 Prezident ilə Fridrix Mertsin geniş tərkibdə görüşü oldu 15:47 Bu qədər savaş, itki və ... — İran niyə həll yolunu ancaq gücdə görür? — AÇIQLAMA 15:40 TƏBİB təcili tibbi yardımda yeni “Ambucycle” xidmət modelinin tətbiqinə başlayır 15:34 Yeni deportasiya əsasları təsdiqləndi: Əmrə tabe olmayan miqrantlar... 15:12 Klinika rəhbəri “Baku TV” əməkdaşlarına hücum etdi - VİDEO 15:06 İsraildə qondarma "erməni soyqırımı" mərəzi yenidən baş qaldırsa, Azərbaycan nə edəcək? 15:03 İlham Əliyevlə Fridrix Merts arasında təkbətək görüş keçirildi - YENİLƏNDİ 14:27 “İmişli” “Qarabağ”ı darmadağın etdi 15:00 Kəlbəcərdə mina hadisəsi baş verdi 14:53 İranın gizli ordusu: Azərbaycanı işğal edir? - Araşdırma 14:32 Azərbaycan Prezidentinin Berlində rəsmi qarşılanma mərasimi keçirildi - VİDEO 14:27 Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 13:02 Xəstəxananın zirzəmisində ölü döl tapılması barədə məlumatlar araşdırılır - YENİLƏNDİ 14:11 All News