Putin: Stalinin Ukraynaya bağışladığı bu torpaqlar geri alınacaq - VİDEO
Qərbi Ukraynadakı bəzi ərazilər İkinci Dünya müharibəsindən sonra SSRİ rəhbəri İosif Stalin tərəfindən Ukraynaya verilib.
TodayPress TV xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, həmin dövrdə bu torpaqlar vahid dövlətin tərkibində olduğundan bunun gələcəkdə problem yaradacağı nəzərə alınmayıb.
"Stalin, yəqin ki, bu gün baş verənlərə bənzər bir vəziyyətin yarana biləcəyini heç vaxt qabaqcadan görməmişdi", – deyə Putin qeyd edib.
Rusiya prezidenti iddia edib ki, Ukrayna gec-tez qərb bölgələrinin bir hissəsini itirəcək.
"Əminəm ki, gec-tez Ukrayna bu qərb ərazilərini itirəcək. Polşa, Macarıstan və Rumıniyaya məxsus ərazilər sonda tarixi qanuni yerlərinə qayıdacaq", – deyə o bildirib.
Putin, həmçinin Rusiyanın uzun müddət Ukraynanın ərazi bütövlüyünün yeganə qarantı olduğunu iddia edərək əlavə edib ki, Kiyev sonradan Rusiyanı özünə düşmən elan etməyi "zəruri, mümkün və faydalı" hesab edib.
Jalə Rövşən