Polşa başına bomba yağdırmaq istəmir, əlində olanları Ukraynaya verir

Polşa başına bomba yağdırmaq istəmir, əlində olanları Ukraynaya verir
11.07.2026 17:21 Dünya

Polşa Ukraynaya modernləşdirilmiş sovet istehsalı olan MiQ-29 qırıcılarının verilməsini müzakirə etməyə hazır olduğunu açıqlayıb.

TodayPress TV xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış jurnalistlərə bildirib.

Nazirin sözlərinə görə, əgər Kiyev təyyarələrin modernləşdirilməsini zəruri hesab edirsə, Varşava bu prosesə kömək etməyə hazırdır. Lakin modernləşdirmə xərclərini Ukrayna və ya bunu maliyyələşdirmək istəyən müttəfiq ölkələr ödəməlidir.

Kosinyak-Kamış bildirib ki, Ukrayna tərəfi Polşanın istismardan çıxardığı MiQ-29 qırıcılarının təhvil verilməsi ilə bağlı danışıqlara yenidən qayıdıb.

O əlavə edib ki, Varşava Kiyevdən pilotsuz uçuş aparatlarının (PUA) istehsalı texnologiyalarının paylaşılması məsələsində qarşılıqlı addım gözləyir.

"Ukrayna artıq dron istehsalında böyük imkanlara malikdir və onları Yaxın Şərqə ixrac edir. Bu isə göstərir ki, istehsal etdiyi bütün PUA-ları müharibədə istifadə etmir və ona yardım edən tərəfdaşlarla texnologiyalarını bölüşə bilər", – deyə nazir vurğulayıb.

Qeyd edək ki, Polşa daha əvvəl 6-8 ədəd MiQ-29 qırıcısını Ukraynaya verməyi planlaşdırsa da, sonradan bu prosesi Kiyevin PUA texnologiyalarına çıxış məsələsi ilə əlaqələndirmişdi.

Qiymət Mahir

NEWS FEED
11 JULY 2026
Bakı Bulvarında DƏHŞƏTLİ HADİSƏ - VİDEO 19:20 İlham Əliyev: Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb 19:09 Azov dənizində gərgin gecə - VİDEO 19:06 Prezident: Artıq köçkün həyatı keçmişdə qaldı 19:00 Müharibənin gedişini dəyişə biləcək İDDİA - YENİ SİSTEM 18:41 İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşdü - YENİLƏNDİ 14:10 Ermənistan yığması Bakıya gəlməkdən İMTİNA ETDİ 18:34 Prezidentin sosial media hesablarında Şuşanın Kiçik Qaladərəsi kəndindən paylaşım edildi - VİDEO 18:21 İlham Əliyev Xankəndidə yeni hotelin açılışını etdi 18:10 Güclü leysan Moskvanı iflic etdi - VİDEO 18:07 Kiyevin yeraltı "Dron Bunkeri" Vaşinqtonu hərəkətə gətirdi 17:01 Nəyə görə dünyasını dəyişənlər yuxumuza girir? Səbəb bu imiş... 16:15 Məhşur rus çempionuna unikal seçim: Rusiyanın şərəfindənsə, Azərbaycanın şərəfi daha üstündür 16:40 Polşa başına bomba yağdırmaq istəmir, əlində olanları Ukraynaya verir 16:36 Tayvanda baş verən dəhşətli tayfununun GÖRÜNTÜLƏRİ 16:45 Rusiya Sumıya zərbə endirdi, dörd nəfər öldü - YENİLƏNDİ 16:12 Flik köhnə tanışını "Kamp Nou"ya gətirir! – Kərim Adeyemi "Barselona" ilə müqavilə imzalayır 16:01 İsrail Livanın cənubuna hava zərbələri endirdi 15:58 "Qələbənin memarı: Cənab Ali Baş Komandan" kitabının təqdimatı oldu 16:25 İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub 16:06 "Apple"ın ilk qatlana bilən smartfonu gəlir 15:53 İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub 15:35 Türkiyənin NATO-da söz sahibinə çevirilməsi Azərbaycan üçün inanılmaz imkanlar açdı 15:21 Müctəba Xamenei qisas andını içdi: "Atamın qanını o şərəfsiz qatillərdən alacam" 15:15 “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu 15:37 All News