Pezeşkiandan istefa açıqlaması: Nə baş verir?

Pezeşkiandan istefa açıqlaması: Nə baş verir?
04.08.2026 12:32 Dünya

İranın Ali rəhbəri Müctəba Xamenei İran Prezidenti Məsud Pezeşkiana növbəti dəfə istefa verəcəyi təqdirdə onun istefasının qəbul ediləcəyi barədə xəbərdarlıq edib.

TodayPress TV Axar.az-a istinadən xəbər verir ki, bu barədə “İran İnternational” məlumat yayıb.

Məlumata görə, bacısı Xameneinin qardaşı ilə evli olan Məhəmməd Bağır Xərrazi adlı yüksək rütbəli din xadimi iddia edib ki, Pezeşkian dəfələrlə istefa verməklə hədələyib, lakin növbəti istefasının qəbul ediləcəyi barədə xəbərdarlıq aldıqdan sonra dayanıb.

“Əgər o, bir daha istefa versə, mən onu təsdiqləyəcəyəm. Altına “təsdiq olundu” yazacağam və məsələ bununla bitəcək”, - Xərrazi Xameninin belə dediyini iddia edib.

İran Prezident Administrasiyası X hesabında dövlət başçısının istefası ilə bağlı yayılan məlumatları təkzib edərək onları tamamilə yalan və uydurma adlandırıb.

İran Prezidenti Məsud Pezeşkian da istefa verəcəyi ilə bağlı şayiə və ehtimalları rədd edib, hökumətin fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

“İstefa versəm, rəsmi olaraq elan edəcəyəm. Onlar fərq yaratmaq istəyirlər, çünki rəhbərlik bir şey deyir, onlar isə başqa şey deyirlər. Biz hərbi qüvvələrlə tam koordinasiyadayıq. Bu çətinliklərə dözən bütün insanlar İran tərəfdarıdır. Mən fəaliyyətimi davam etdirəcəm”, - Pezeşkian qeyd edib.

TodayPress TV

NEWS FEED
04 AUGUST 2026
Yuxusuzluqdan əziyyət çəkənlərin NƏZƏRİNƏ: Yaşadığınız küçə yuxunuza təsir edir 15:23 Qədim İrəvanın unudulan abidəsi: Rəcəb Paşa məscidinin tarixi necə dəyişdi? 15:05 Hüseyn Həsənov barəsində həbs qərarı verildi 15:02 Ukraynanı vurmağa çox az qalmışdı - İRANLI GENERAL DANIŞDI 14:41 Rodri “Barselona”nın transfer planını alt-üst etdi 14:42 Sabahdan bu rayonlarda qaz olmayacaq 14:39 Prezident Gömrük Məcəlləsində dəyişikliyi təsdiqlədi 14:27 Norrisdən iddialı açıqlama: “Formula-1” tarix yazır! 14:23 Kartdan-karta köçürməyə limit - Xeyriyyə kampaniyalarına necə təsir edəcək? 14:20 "Nizami" və "28 May" arasında avtobuslar ödənişli olacaq? 14:15 İsveçrə XİN rəhbəri: Minaların təmizlənməsi Azərbaycanın üzləşdiyi ən mühüm humanitar çağırışlardan biridir 14:04 Azərbaycan və Ermənistanın birgə müraciəti nəticə verdi – Ceyhun Bayramov 13:52 ATƏT sədri: Azərbaycan və Ermənistan arasında davamlı sülh artıq əlçatandır 13:33 150 ballıq qəbul qaydalarında dəyişiklik: Ekspertdən DİM-ə irad 13:30 Ter Ştegenin yeni ünvanı rəsmən bəlli oldu! 13:26 XİN başçısı: ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür 13:23 Rusiya Ermənistan mənşəli minlərlə içkini blokladı 13:14 Sabahın havası açıqlandı - Neçə dərəcə isti olacaq? 13:09 Dünya çempionatının ulduzuna xüsusi imtiyaz verildi! 13:04 Culfaya yeni icra başçısı təyin edildi 13:01 Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi 13:00 Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olundu 12:58 İsak Hacar Ferstappenə heyranlığını gizlətmədi! 12:57 Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olundu 12:55 Bayron Skottdan səs-küylü LeBron–Cordan açıqlaması! 12:47 All News