İraqa gətirilən İŞİD tərəfdarlarının sayı açıqlandı

İraqa  gətirilən İŞİD tərəfdarlarının sayı açıqlandı
08.02.2026 20:25 Dünya

Suriyadan İraqa gətirilən İŞİD tərəfdarı və döyüşçülərinin sayı açıqlanıb.

TodayPress TV  "İNA"ya istinadən xəbər verir ki, bu barədə İraq təhlükəsizlik xidmətlərinin mətbuat mərkəzinin rəhbəri general-leytenant Səad Maan məlumat verib.

Qeyd edilib ki, hazırda İraq ərazisində Suriyadakı xüsusi düşərgələrdən və həbsxanalardan köçürülmüş İŞİD terrorçu qruplaşmasının 2,2 mindən çox keçmiş tərəfdarı və döyüşçüsü yerləşdirilib:

“İraq artıq Suriyadan gətirilən 2250 nəfər İŞİD tərəfdarı və döyüşçüsünü qəbul edib. İŞİD təhlükəsinin yayılmasının qarşısını almaq üçün İraq hökuməti və ölkənin təhlükəsizlik qüvvələri bu qədər keçmiş döyüşçünün yerləşdirilməsi və prosedur məsələlərinin öhdəsindən gəlməyə hazırdır. Xüsusi qruplar artıq gətirilmiş şəxslərlə bağlı ilkin araşdırmalara və onların təhlükəlilik səviyyəsinə, eləcə də qruplaşmanın fəaliyyətinə cəlb olunma dərəcəsinə görə təsnifatına başlayıblar, etiraf ifadələri qeydə alınır. İraq tərəfi İŞİD-in cinayətlərində iştirak etmiş bütün şəxsləri ölkə məhkəmələrində mühakimə etmək niyyətindədir. İraqın Xarici İşlər Nazirliyi terrorçu qruplaşmanın cinayətlərinə qarışmış vətəndaşlarının təhvil verilməsi məsələsi ilə bağlı bir sıra dövlətlərlə əlaqə saxlayır. İŞİD tərəfdarlarının digər ölkələrə verilməsi prosesi yalnız İraq tərəfinin təqdim etdiyi bütün hüquqi tələblər yerinə yetirildikdən sonra başlayacaq”.

Qeyd edək ki, daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Suriyada saxlanılan İŞİD tərəfdarlarını İraqa köçürülməyə başlanıldığını bildirmişdi. CENTCOM-un məlumatına görə, İraq ərazisinə çatdırılacaq İŞİD tərəfdarı və döyüşçülərinin sayı 7 minə çata bilər.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Bütün Xəbərlər