Pakistanda ilk "Hangor" sinfinə məxsus sualtı qayıq istismara verildi

Pakistanda ilk "Hangor" sinfinə məxsus sualtı qayıq istismara verildi
30.04.2026 23:30 Dünya

Pakistan ölkənin ilk "Hangor" sinfinə məxsus hücum sualtı qayığını istismara verib.

TodayPress TV xəbər verir ki, hadisə hərbi dəniz qüvvələrinin modernləşdirilməsi səylərində mühüm addım hesab olunur.

Təntənəli mərasim Çinin Sanya şəhərində keçirilib. Tədbirdə Pakistan Prezidenti Asif Əli Zərdari və Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Navid Əşrəf iştirak ediblər.

Zərdari sualtı qayığın istismara verilməsini "Pakistan Hərbi Dəniz Qüvvələrinin modernləşdirilməsində tarixi mərhələ" adlandırıb və ölkəsinin güclü, balanslaşdırılmış, etibarlı müdafiə mövqeyini qorumaq əzmini təsdiqləyib:

"Pakistan öz suverenliyini müdafiə etməyə, dəniz maraqlarını qorumağa və iqtisadi həyat yollarının təhlükəsizliyini təmin etməyə tam qadirdir".

Admiral Əşrəf qeyd edib ki, mühüm dəniz keçid məntəqələrindəki fasilələr qlobal ticarət və enerji təhlükəsizliyini getdikcə daha çox təhdid etdiyi bir vaxtda, sabit və qaydalara əsaslanan dəniz nizamını qorumaq üçün texnoloji cəhətdən təkmilləşmiş dəniz qüvvələrinə ehtiyac var.

Qeyd edək ki, "Hangor" sinfi sualtı qayıqları ən müasir silahlar, qabaqcıl sensorlar və havadan asılı olmayan hərəkət sistemi (AIP) ilə təchiz olunub. Bu xüsusiyyətlər onlara suyun üzünə çıxmadan daha uzun müddət fəaliyyət göstərmək və daha böyük məsafələri qət etmək imkanı verir.

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 All News