Moskva Londona sərt xəbərdarlıq etdi: “Bunun nəticələri olacaq!”

Moskva Londona sərt xəbərdarlıq etdi: “Bunun nəticələri olacaq!”
17.08.2026 18:14 Dünya

Rusiya Londondakı səfirliyi Britaniya mətbuatında Ukrayna hərbçilərinin Rusiya ərazisinə zərbələr endirmək üçün Britaniya istehsalı olan pilotsuz uçuş aparatlarından istifadə etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

TodayPress TV xəbər verir ki, səfirlik açıqlamasında Böyük Britaniyanın bu addımlarla Ukraynanı dəstəklədiyini və münaqişəyə cəlb olunduğunu iddia edib.

“Böyük Britaniya bu şəkildə ölkəmizi cilovlamaq və başqalarının əli ilə ona maksimum zərər vurmaq məqsədilə ukraynalı neonasistlərin qanlı cinayətlərinə və terror aktlarına yardımçı və iştirakçı kimi çıxış edir”, - deyə açıqlamada bildirilib.

Rusiya səfirliyi Londona xəbərdarlıq edərək qeyd edib ki, Britaniyanın bu fəaliyyətinin “qaçılmaz nəticələri” olacaq.

“Londonun bu əməllərinin nəticələri qaçılmazdır və buna görə cavab verməli olacaq. Münaqişəyə cəlb olunma nə qədər dərin, Kiyevin terror maşınına dəstək nə qədər əhəmiyyətli olarsa, bunun qiyməti də bir o qədər yüksək olacaq”, - deyə səfirlik vurğulayıb.

Kübra Musayeva

NEWS FEED
17 AUGUST 2026
“Krım da Qarabağ kimi azad olacaq” - Ukraynalı səfirdən diqqətçəkən çıxış 20:01 Kabildə dəhşətli partlayış - Məktəblilərin də yaralandığı hadisənin DETALLARI - VİDEO 19:49 Əmirbəyov və Litva səfiri nələri müzakirə etdi? 19:54 Direktor olmaq istəyənlərin DİQQƏTİNƏ! 19:16 Almanlar kütləvi şəkildə orduya gedir - 13 ilin rekordu 19:23 Zelenskidən sentyabr üçün yeni plan - DETALLAR 19:13 Kuşner Netanyahunu 4 saat “dilə tutdu” 19:07 Şəmkirdə ağır qəza: Ölənlər var 18:18 28 yaşlı gənc Bakıda faciəvi şəkildə öldü 18:56 3 rusiyalı Azərbaycan tərəfindən təcili axtarışa verildi 18:47 Sakinlərə ŞAD XƏBƏR! Xocasəndə su problemi həll olundu 18:30 Sürücülərin DİQQƏTİNƏ! Bu küçələr bağlanacaq 18:23 Moskva Londona sərt xəbərdarlıq etdi: “Bunun nəticələri olacaq!” 18:14 Hörmüzdən gəmilərin keçidi sərbəst olmalıdır - Ərdoğan 17:44 General-mayor Abbasəli Novruzov dəfn olundu - FOTO 17:21 İnfantinonun dördüncü müddəti sual altında: FIFA-ya rəsmi müraciət 17:35 Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana gətirildi 17:06 “Qarabağ”a “Tvente” oyunu öncəsi zərbə: Cəfərquliyev zədələndi 17:03 Bu tarixdən şagirdlərin elektron yerdəyişməsi başlayır 16:54 Tramp: “İran ağ bayraq qaldırmalıdır” 16:21 TƏBİB-də iki vəzifəli şəxs işdən çıxarıldı - YENİ TƏYİNATLAR - FOTO 16:29 Fariz Əzizova AAYDA-da yüksək vəzifə verildi 16:25 Fernandes üçün transfer savaşı davam edir: “Siti” geri addım atmadı 16:11 Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır 13:41 Kriştianu Ronaldodan karyera sonrası həyat etirafı: “Gələcəyim planlaşdırılıb” 15:54 All News