Macarıstan tarixdə İLK - Pakş AES fəaliyyətini dayandırır

Macarıstan tarixdə İLK - Pakş AES fəaliyyətini dayandırır
02.08.2026 11:30 Dünya

Macarıstan Pakş Atom Elektrik Stansiyasının fəaliyyətini 44 illik tarixində ilk dəfə dayandıracaq.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Baş naziri Peter Madyar məlumat verib.

Baş nazir bildirib ki, qərar Dunay çayında suyun səviyyəsinin daha da aşağı düşməsindən sonra qəbul edilib.

Paytaxt Budapeştdən təxminən 120 kilometr cənubda yerləşən Pakş Atom Elektrik Stansiyası reaktorların soyudulması üçün Dunay çayının suyundan istifadə edir. Stansiya Macarıstanın elektrik enerjisi istehsalının 40 faizdən çoxunu təmin edir.

Qeyd edək ki, may ayından bəri davam edən yağıntı çatışmazlığı və ardıcıl istilik dalğaları nəticəsində Dunay çayında suyun səviyyəsi bəzi ərazilərdə rekord həddə enib.

Macarıstanın Su Təsərrüfatı İdarəsi Almaniyadan başlayaraq Qara dənizə qədər uzanan Dunay çayında su səviyyəsinin yaxın günlərdə daha da azalacağını proqnozlaşdırıb.

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
02 AUGUST 2026
Avqustun 3-də hava necə olacaq? 12:54 Cənubi Koreyada tarixi anomal isti - Milli rekord yeniləndi 11:48 Tramp və Məhəmməd bin Salman Yaxın Şərqdəki vəziyyəti dəyərləndirdilər 12:25 Kartdan-karta köçürmələrə YENİ LİMİT - Bu tarixdən etibarən... 12:30 Azərbaycan istehsalı olan “Addım” filmi beynəlxalq festivala vəsiqə qazandı 12:09 İsrail Qəzzada HƏMAS-ın iki yüksəkvəzifəli üzvünü hədəf aldı 11:31 Macarıstan tarixdə İLK - Pakş AES fəaliyyətini dayandırır 09:48 İlham Əliyev və Mehriban Əliyeva Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərib 11:03 Ermənistan hökuməti istefa verdi 10:49 Rusiya və Ukrayna arasında danışıqlar bərpa olunur - Rubio elan etdi 09:33 Sloveniya dövlət başçısı yol qəzası keçirdi 09:52 DİM bu gün dövlət qulluğuna qəbul imtahanı keçirəcək 09:39 Əməkdar hüquqşünas vəfat etdi 09:27 ABŞ-də restorana silahlı HÜCUM: Ölən və yaralananlar var 09:13 Tramp hücumları DAYANDIRDI - Hörmüz açılır? 09:05 60 yaşdan sonra səhər yeməyində bunu yeyin: Əzələləri və sümükləri qoruyur 21:38 Pişiyiniz sizi neçə il xatırlayır? Alimlərdən təəccübləndirən cavab 21:52 KDR tarixinin ən ağır Ebola epidemiyası yaşanır 01:49 Boynu qəfil fırlatmaq insulta səbəb ola bilər? - Mühüm xəbərdarlıq 01:41 Rumıniya AES-i fəaliyyətini dayandıra bilər - Səbəb nədir? 01:34 İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkim izah etdi 01:30 "SpaceX" raketinin Ayla toqquşmasına günlər qaldı 00:48 Çin Yer kürəsini dəyişəcək nəhəng layihəyə başladı: Alimlər həyəcanlandı 21:18 Peruda turist təyyarəsi qəzaya uğradı: Ölənlər var 01:37 Tramp "51-ci ştat" paylaşımını təkrarladı 01:05 All News