Moskva "qələbə" elan etdi - Zelenskinin məktubuna Moskvadan cavab gəldi

Moskva "qələbə" elan etdi -  Zelenskinin məktubuna Moskvadan cavab gəldi
19.06.2026 14:57 Dünya

“Rusiyanı nüvə dövləti kimi məğlub etmək mümkün deyil, onunla danışıqlarla bağlı söhbətlər təsadüfi deyil”.

TodayPress TV xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

“Bir nüvə dövlətini məğlub etmək mümkün deyil. Rusiya ilə danışıqlarla bağlı bu söhbətlər də təsadüfi xarakter daşımır. Ukrayna Prezidenti Volodimir Zelenskinin rusiyalı həmkarı Vladimir Putinə məktubla müraciət etməsi də açıq şəkildə göstərir ki, Rusiyanın qalib gəldiyini anlayırlar və xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olunacaq”, - o bildirib.

Volodin əlavə edib ki, Rusiyaya qarşı atılacaq istənilən addım cavab tədbirləri və daha sərt, daha güclü silahlarla zərbələrin endirilməsi ilə nəticələnəcək.

Xatırladaq ki, Volodimir Zelenski iyunun 5-də Vladimir Putinə açıq məktubunda müharibəni dayandırmağı təklif edib. Ukrayna lideri bu kontekstdə neytral ölkədə ikitərəfli qaydada sülh danışıqlarına başlamaq təşəbbüsünü irəli sürüb.

Volodimir Zelenski məktubunda yazıb ki, qan tökülməsini dayandırmağın vaxtıdır: “Ukrayna müharibəni bitirməyi təklif edir, amma dürüst və ləyaqətli şəkildə. Müharibənin yenidən alovlanmayacağına zəmanət vermək lazımdır”.

Kreml bununla razılaşmayaraq, Zelenskini Putinlə görüş üçün Moskvaya dəvət edib, Kiyev də bunu qəbul etməyib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
19 IYUN 2026
Ukrayna Moskva səmasını ələ keçirdi, “28 Panfilovçu” filmini çəkir – Bütün Rusiya canlı tamaşa edir 16:09 Azərbaycanın baş nazirini Tiflisdə arxadan güllələyib öldürdülər - Xoyski yaratdığı ölkənin şəhidi oldu... 15:57 "Araz-Naxçıvan" Luka Dumançiçlə anlaşdı 15:47 Moskvanın vurulmasının bədəli - Azərbaycanlılara milyonlarla ziyan dəydi, çarəsizdirlər 15:34 XİN ikitərəfli görüş barədə məlumat yaydı - Nələr müzakirə edildi? 15:29 Növbəti 3 gündə Azərbaycanda güclü külək əsəcək 15:20 "Sabah" Ceyms İdslə yolları ayırdı 15:09 Məktəbəqədər təhsillə bağlı yeni model tətbiq ediləcək 15:07 Moskva "qələbə" elan etdi - Zelenskinin məktubuna Moskvadan cavab gəldi 14:57 Sənaye və kənd təsərrüfatı obyektləri subsidiyalaşdırılacaq - TƏSDİQLƏNDİ 14:53 Bu Nazirliklərə yeni səlahiyyətlər verildi - FƏRMAN 14:49 Xəzər rayonunda yanğın başladı 14:47 Məclisi bağlayıb istədiklərini edirlər - İranda parlament qiyama qalxdı, Əraqçinin "Qırmızı Xətti" keçildi 14:31 Moskva gün işığına həsrət qaldı - Ukrayna dronları səmaları örtdü - VİDEO 14:12 Rusiya yoxa çıxır, nə edirsiniz? 14:06 İran erməni qardaşlarına bərk hiddətləndi: Proseslər nəzarətdən çıxır... 14:01 Türkiyə NATO-nun V maddəsinin işə düşməsini tələb etdi - Ankara sammiti öncəsi qlobal laylar tərpəndi 13:45 Azərbaycanda avtonom nəqliyyat vasitələri tətbiq ediləcək - TƏSDİQLƏNDİ 13:42 "Diplomatik xidmət haqqında" qanuna dəyişikliklər edildi 13:33 Putin tapşırıq verdi - Ukrayna Ordusu kütləvi şəkildə qətlə yetirilicək - Lavrov açıqladı... 13:12 Bu Avropa ölkəsi ilə diplomatik əlaqələrdə tarixi addım təsdiqləndi 13:11 Temperatur kəskin dəyişəcək - SABAHIN HAVASI 13:08 DÇ 2026: Türkiyə Paraqvaya qarşı 12:51 Zahid Oruc: "Tezisləri Yeliseydə yazıldığı şübhə doğurmayan saxta məhkəmə hökmləri..." 12:41 Prezident: Dağıstanlıların qoruyub saxladığı bu heykəl mənim babamın yadigarıdır - FOTO 12:43 Bütün Xəbərlər