"Keystone XL" boru kəməri məzardan oyadılır – Tramp və Karni razılığa gəldi

"Keystone XL" boru kəməri məzardan oyadılır – Tramp və Karni razılığa gəldi
19.08.2026 11:15 Dünya

Donald Tramp Kanadaya qarşı tətbiqi sabaha planlaşdırılan 50 faizlik gömrük rüsumlarını üç gün müddətinə dayandırıb.

TodayPress TV xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Kanada və ABŞ-nin sənədləşmə prosesini başa çatdırmaq şərtilə razılaşma əldə etdiyini bildirib.

“Kanada qarşıdakı səhər qüvvəyə minməli olan 50 faizlik rüsumları üç gün müddətinə dayandırdım. Buna səbəb Kanada və ABŞ-nin sənədləşmə prosesinin başa çatdırılması şərtilə RAZILAŞMA əldə etməsidir!” – deyə Tramp bildirib.

O, həmçinin qeyd edib: “Yuxulu Co Bayden tərəfindən çoxdan ləğv edilmiş möhtəşəm "Keystone XL" boru kəməri məzardan oyadıla bilər!”

BBC xatırladır ki, rüsumların avqustun 19-da qüvvəyə minməsi planlaşdırılırdı. 2021-ci ildə prezident Co Bayden boru kəmərinin tikintisinə verilmiş icazəni ləğv edib.

CNN-in məlumatına görə, rüsumlar süd məhsulları, alkoqol və mebel kimi mallara şamil edilməli idi. Bu məhsullar ötən il ABŞ-nin Kanadadan ümumi idxalının dəyərinin təxminən 5 faizini təşkil edib.

Kanadanın Baş naziri Mark Karni ilə Tramp bazar ertəsi və çərşənbə axşamı danışıqlar aparıblar. Karni danışıqları “çox həssas və gərgin” kimi xarakterizə edib.

ABŞ prezidenti gömrük rüsumlarının tətbiqi üçün əvvəllər istifadə olunmamış, 1930-cu illərə aid az tanınan bir qanundan yararlanmağı planlaşdırırdı. Ağ Evin bununla bağlı hüquqi problemlərlə üzləşəcəyi gözlənilirdi. Lakin məhkəmə qərarını açıqlayana qədər Trampın bu qanunu tətbiq edə biləcəyi bildirilirdi.

Qiymət Mahir

NEWS FEED
19 AUGUST 2026
Alimlərdən xərçəng xəstələrinə müjdə: İdman zəifləmiş immun sistemini dirçəldir 12:07 Pol Poqbanın “Monako” macərası erkən başa çatdı 13:10 Qalxanvari vəzi xəstəliklərinin 10 xəbərdarlıq əlaməti 12:05 Prezidentdən traktor istəyən Gülərin arzusu reallaşdı – VİDEO 13:07 Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI 12:40 İran Fransa səfirliyinin iki əməkdaşını "persona non grata" elan etdi 12:10 Yarımfinal bileti və medal! Əli Baxışov Avropada növbəti qələbəsini qazandı 12:49 Qəhvə həvəskarlarına şad xəbər: Qocalıqda əzələ itkisinin qarşısını alır 11:57 “Qarabağ”ın Avropa hədəfi bəlli oldu: əsas mərhələyə vəsiqə! 12:28 Qalib Bayramovun cinayət işi üzrə məhkəmə prosesi baş tutdu 11:54 Azərbaycan əmindir ki, biz uduzacağıq - Video 12:27 Rusiya İrəvana şərt qoydu: Malların buraxılması... 12:22 Ağdamda qəbir qazarkən hərbi sursat tapıldı 11:49 Tramp Kim Çen Inla görüşmək istəyir 11:23 Rusiya aktivləri Ukraynaya verilir? Kiyevdən beynəlxalq tərəfdaşlara mühüm tələb 11:33 Malkomun Səudiyyə macərası bitir: yeni klubla razılıq əldə olundu 11:25 "Keystone XL" boru kəməri məzardan oyadılır – Tramp və Karni razılığa gəldi 10:44 Trampdan gözlənilməz müdaxilə: ABŞ-Cənubi Koreya təlimləri vaxtından əvvəl bitir 10:36 Malayziyanın yeni səfiri Azərbaycana gəldi 10:54 O’Hara “Mançester Yunayted”in transferlərini sərt tənqid etdi 10:50 Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq 10:48 Siyəzəndə narkotiklərlə bağlı əməliyyatlar: 9 nəfər həbs edildi 10:36 Sabalenkodan möhtəşəm rekord: WTA-1000 turnirlərində tarix yazdı 10:30 Azərbaycan XİN Əfqanıstanı təbrik etdi 10:21 Çində güclü zəlzələ baş verdi 10:07 All News