İran siyahı açıqladı - Bu dövlətlərin rəhbərləri infaz ediləcək

İran siyahı açıqladı - Bu dövlətlərin rəhbərləri infaz ediləcək
13.07.2026 17:18 Dünya

İranın qeyri-rəsmi dairələrinə yaxın olduğu bildirilən sosial media hesabları və bəzi media platformalarında ABŞ senatoru Lindsi Qrahamın ölümü ilə bağlı diqqətçəkən iddialar yayılıb.

TodayPress TV xəbər verir ki, Həmin iddialarda İranın Qrahamın ölümünə görə məsuliyyəti öz üzərinə götürdüyü, onun Tehranın qisas siyahısında yer alan əsas fiqurlardan biri olduğu irəli sürülür.

Eyni zamanda, İran dövlət televiziyasında yayımlanan verilişlərdən birində aparıcının bu hadisə ilə bağlı sevinc nümayiş etdirdiyi və hərbi-kəşfiyyat qurumlarını təbrik etdiyi görüntülər də sosial şəbəkələrdə geniş yayılıb.

İranın qeyri-rəsmi dairələrinə yaxın mənbələr ABŞ senatoru Lindsi Qrahamın ölümündən sonra Tehranın qisas siyahısında yer aldığı iddia edilən digər şəxslərin də "növbədə" olduğunu bildirirlər.

Sosial şəbəkələrdə yayılan fotolarda ABŞ Prezidenti Donald Tramp, vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Ratkliff, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Maykl Kurilla, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn, İsrailin Baş naziri Benyamin Netanyahu, müdafiə naziri İsrael Kats, Baş Qərargah rəisi Eyal Zamir, həmçinin BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan, Küveyt əmiri Mişəl Əl-Əhməd Əl-Cabir Əs-Sabah və Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifənin fotoları yer alıb.

Mənbələrin iddiasına görə, bu şəxslər Tehranın növbəti qisas hədəfləri kimi təqdim olunur.

Qeyd edək ki, ABŞ tərəfi senatorun ölümü ilə bağlı hər hansı xarici müdaxilə barədə rəsmi məlumat açıqlamayıb.  Ekspertiza məlumatına görə, 71 yaşlı  senator Lindsi Qrahamın  ölüm səbəbi aorta diseksiyası (aortanın cırılması) olub.

Jalə Rövşən 

NEWS FEED
13 JULY 2026
Hikmət Hacıyev: Azərbaycanın Aİ ilə münasibətlərində böyük potensial var 19:15 ABŞ İranın “nəfəsini kəsir” - YENİ MƏHDUDİYYƏTLƏR 19:06 İsrail erməniləri məyus edəcək qərar verdi 18:57 İranın keçmiş prezidentinin Mossad rəhbəri ilə gizli görüşünün DETALLARI 18:44 Hikmət Hacıyev D-8-lə bağlı yeni mərhələni elan etdi 18:26 Slovakiya Prezidenti Bakıya böyük planlarla gəlir 18:20 Putin: “Rəqib bunu hiss edəcək” 18:14 İran ABŞ-ni Hörmüz boğazı ilə bağlı HƏDƏLƏDİ 18:08 MM-in növbədənkənar sessiyasının son iclasının gündəliyi açıqlandı 17:52 Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə müzakirələr apardı 17:32 İran siyahı açıqladı - Bu dövlətlərin rəhbərləri infaz ediləcək 17:06 İran boşboğazlıq etdi, danışıqları pozdu - Tramp "qamçı"ya əl atdı 16:58 Böyüyən arzular, kiçilən evlər - Ali təhsil və miqrasiya valideynləri necə tənhalaşdırır? 16:58 Ukrayna ilə İran ətrafında gərginliyin artdığı mərhələdə Azərbaycan hansı geosiyasi təhdidlərlə üzləşə bilər? 16:47 Türkiyə Osmanlı sərhədlərini bərpa edir, Hörmüz boğazı Ankaraya tapşırılır - İDDİA 16:38 "Qarabağ"da gözlənilməz ayrılıq 16:35 Cibində son model telefon, evində borc dəftəri: "Gizli yoxsulluq" kimləri tapır? 16:29 Rafael Ağayevə ağır itki 16:08 SONDƏQİQƏ! Böyük Britaniya SEPAH-ı terror təşkilatı kimi tanıdı 16:03 Prezidentin sosial media hesablarında IV Şuşa Qlobal Media Forumu ilə bağlı videoçarx paylaşıldı 15:57 Qırmızı nöqtə aktivləşdi: Azərbaycan dünyanın mərkəzinə necə çevrildi? 15:46 Rusiya dağılırdı, Putin gəldi, qorudu 15:44 Mollaların ən qatı prezidenti İsrail agenti çıxdı - Sepah Əhmədeinejatı dustaq etdi 15:36 Müəllimlər saathesabı yox, tam iş günü çalışacaq - AÇIQLAMA 15:30 Sabahın havası açıqlandı 15:24 All News