İran 7 ölkəyə müraciət etdi - Bəqai danışdı, nə danışdı...

İran 7 ölkəyə müraciət etdi - Bəqai danışdı, nə danışdı...
24.07.2026 09:45 Dünya

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuper Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv olan bir sıra ölkələrin və İordaniyanın İrana qarşı Amerikanın hərbi hücumlarında iştirak etdiyini bəyan edib.

TodayPress TV  xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai sosial şəbəkədə yazıb. 

"Əgər Amerikanın bu iddiası yalandırsa, o zaman bu ölkələr onu rəsmi şəkildə təkzib etməyə borcludur", - Bəqai bildirib.

O qeyd edib ki, bu şəraitdə İranın həmin ölkələrin ərazilərində yerləşən Amerika hərbi bazalarına və obyektlərinə zərbə endirmək hüququ yaranır: "Bu ölkələrin Amerika hücumlarına kömək məqsədilə öz ərazilərini plasdarm kimi təqdim etməsi BMT Baş Assambleyasının 3314 saylı qətnaməsinə əsasən onları bu işdə şərik edir, eyni zamanda mehriban qonşuluq prinsipinin və BMT Nizamnaməsinin 2-ci maddəsinin (4-cü bəndinin) kobud şəkildə pozulmasıdır".

Sözçü xatırladıb ki, İran tərəfindən özünümüdafiə hüququnun həyata keçirilməsi bütün regionda təhlükəsizlik və sabitliyin bərpa edilməsi üçün zəruri addımdır.

Xatırladaq ki, Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına 6 ölkə - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Küveyt, Bəhreyn və Oman daxildir.

Jalə Rövşən 

XƏBƏR LENTİ
24 IYUL 2026
Almaniya qayıdır - Dünyanın o biri başında ordularını... 12:37 Tural Sadıqlının Bakıya qayıtmaq eyhamının ŞOK SƏBƏBİ 12:34 Tennisdə milyonların siyahısı açıqlandı 12:31 Qazaxıstanda ilk aerotaksinin sınaq uçuşu oldu - VİDEO 12:25 SON DƏQİQƏ: Polşa və Almaniya Rusiya sərhədində birgə əməliyyata başladı 12:04 "İdrak" liseyindəki cinayət işi qapalı keçiriləcək - QƏRAR 12:00 LeBron gələcək vida ilə bağlı ürəyini açdı 11:55 İran eyni vaxtda iki ölkədəki ABŞ bazalarına hücum etdi - VİDEO 11:47 Azərbaycan neftinin qiyməti 109 dolları keçdi 11:38 Rodri üçün milyonluq plan: "Real"dan böyük addım 11:22 Rodman keçmişi ilə bağlı maraqlı fakt açıqladı 11:11 TƏCİLİ: Bakıda iki sərnişin avtobusu toqquşdu, xəsarət alanlar var - VİDEO 11:05 Böyük dönüş: Klopp Almaniya millisinin başına keçir 10:57 Prezident Şavkat Mirziyoyevi təbrik etdi 10:54 FHN isti hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi 10:48 Əhəd Abıyev yük yerini açdı, ora dollar "paçka"ları ilə dolu idi: “Mən gedim, Ramiz müəllim gözləyir”... 10:30 Atakişiyevin təyyarəsinə atəş açılıb… - Qayınatası sirləri açdı - VİDEO 10:27 Tapia: Məğlubiyyət ağrıdır, amma bunu qəbul etməliyik 10:23 İran İordaniya və Bəhreyndəki ABŞ bazalarını vurdu 10:20 Onur Quluzadənin növbəti sınağı 10:09 Rusiyanın strateji silah zavodu belə vuruldu - VİDEO 09:57 Rusiya qatı cinayətkarları cəbhəyə göndərəcək - İDDİA 09:55 DÇ finalı ilə bağlı qalmaqal: 60 mindən çox imza toplandı 09:50 İran 7 ölkəyə müraciət etdi - Bəqai danışdı, nə danışdı... 09:45 Ukrayna Putinin vətənini vurdu - VİDEO 09:44 Bütün Xəbərlər