Rusiya qatı cinayətkarları cəbhəyə göndərəcək - İDDİA

Rusiya qatı cinayətkarları cəbhəyə göndərəcək - İDDİA
24.07.2026 09:55 Dünya

Rusiya hakimiyyəti səfərbərlik dövründə ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslərin Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq hərbi xidmətə cəlb edilməsinə imkan verən qanunvericilik dəyişikliklərini irəli sürür. 

TodayPress TV xəbər verir ki, siyasi kulisə sızan məlumatlara görə,  təşəbbüs qəbul edilərsə, qətl, insan alveri və mütəşəkkil cinayətkarlıq kimi xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər də müəyyən hallarda cəbhəyə göndərilə biləcək.

Məlumata görə, bu addım Rusiyanın uzun müddətdir qeyri-rəsmi şəkildə tətbiq etdiyi məhkumlardan hərbi qüvvə kimi istifadə praktikasını artıq qanuni çərçivəyə salır.

Əvvəllər əsasən özəl hərbi şirkətlər vasitəsilə həyata keçirilən bu mexanizm bundan sonra dövlət tərəfindən idarə olunacaq və penitensiar müəssisələrdə olan məhkumların bir hissəsi Müdafiə Nazirliyi ilə müqavilə əsasında hərbi xidmətə cəlb ediləcək.

Müşahidəçilərin fikrincə, qanun layihəsi Rusiyanın davam edən müharibədə ciddi canlı qüvvə çatışmazlığı ilə üzləşdiyini göstərir. Kütləvi səfərbərlik qərarının ölkə daxilində narazılıq yaradacağını nəzərə alan Kremlin alternativ olaraq məhkumlardan istifadəni genişləndirdiyi bildirilir.

Ekspertlər hesab edirlər ki, bu siyasət qısa müddətdə şəxsi heyət çatışmazlığını qismən aradan qaldıra bilsə də, gələcəkdə ağır cinayət törətmiş şəxslərin cəmiyyətə qayıtması təhlükəsizlik və sosial sabitlik baxımından ciddi risklər yarada bilər.

Jalə Rövşən 

XƏBƏR LENTİ
24 IYUL 2026
Qazaxıstanda ilk aerotaksinin sınaq uçuşu oldu - VİDEO 12:25 SON DƏQİQƏ: Polşa və Almaniya Rusiya sərhədində birgə əməliyyata başladı 12:04 "İdrak" liseyindəki cinayət işi qapalı keçiriləcək - QƏRAR 12:00 LeBron gələcək vida ilə bağlı ürəyini açdı 11:55 İran eyni vaxtda iki ölkədəki ABŞ bazalarına hücum etdi - VİDEO 11:47 Azərbaycan neftinin qiyməti 109 dolları keçdi 11:38 Rodri üçün milyonluq plan: "Real"dan böyük addım 11:22 Rodman keçmişi ilə bağlı maraqlı fakt açıqladı 11:11 TƏCİLİ: Bakıda iki sərnişin avtobusu toqquşdu, xəsarət alanlar var - VİDEO 11:05 Böyük dönüş: Klopp Almaniya millisinin başına keçir 10:57 Prezident Şavkat Mirziyoyevi təbrik etdi 10:54 FHN isti hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi 10:48 Əhəd Abıyev yük yerini açdı, ora dollar "paçka"ları ilə dolu idi: “Mən gedim, Ramiz müəllim gözləyir”... 10:30 Atakişiyevin təyyarəsinə atəş açılıb… - Qayınatası sirləri açdı - VİDEO 10:27 Tapia: Məğlubiyyət ağrıdır, amma bunu qəbul etməliyik 10:23 İran İordaniya və Bəhreyndəki ABŞ bazalarını vurdu 10:20 Onur Quluzadənin növbəti sınağı 10:09 Rusiyanın strateji silah zavodu belə vuruldu - VİDEO 09:57 Rusiya qatı cinayətkarları cəbhəyə göndərəcək - İDDİA 09:55 DÇ finalı ilə bağlı qalmaqal: 60 mindən çox imza toplandı 09:50 İran 7 ölkəyə müraciət etdi - Bəqai danışdı, nə danışdı... 09:45 Ukrayna Putinin vətənini vurdu - VİDEO 09:44 Neymardan sərt reaksiya: “Məşq etməyimə də söz deyəcəksiniz?” 09:37 Rusiya ərazisinə kütləvi PUA zərbələri: Ukrayna strateji obyektləri hədəf aldı - VİDEO 09:29 Lineker milyonerlər üçün vergilərin artırılmasını istədi 09:19 Bütün Xəbərlər