Rodri üçün milyonluq plan: "Real"dan böyük addım
“Real Madrid” klubunun baş məşqçisi Joze Mourinyo yarımmüdafiəçi Orelyen Tçuamenini “Mançester Yunayted”ə sataraq Rodrinin transferini maliyyələşdirmək niyyətindədir.
TodayPress TV xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, “Mançester Yunayted” 26 yaşlı Fransa millisinin üzvü barədə artıq məlumat toplayıb. Təxminən 79,6 milyon avro dəyərində qiymətləndirilən futbolçunun transferində “qırmızı şeytanlar”ın baş məşqçisi Maykl Kerrik maraqlıdır.
Bildirilir ki, Mançester təmsilçisi bu yay artıq yarımmüdafiəçilər Andrey Santos və Yuri Tilemansı heyətinə qatıb.
“Real” 2026-cı il dünya çempionatının ən yaxşı futbolçusu seçilən Rodrini “Mançester Siti”dən transfer etmək üçün ciddi səylər göstərir. İspan yarımmüdafiəçinin İngiltərə klubu ilə hazırkı müqaviləsinin müddəti 12 aydan sonra başa çatacaq.
Qeyd edək ki, “The Sun” nəşrinin yaydığı məlumat hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.
Namiq HUN