Hava hücumundan müdafiə sistemləri yerləşdirildi, gərginlik artdı - Türkiyənin bölgəsində nə baş verir?

Hava hücumundan müdafiə sistemləri yerləşdirildi, gərginlik artdı - Türkiyənin bölgəsində nə baş verir?
01.07.2026 11:06 Dünya

“Azərbaycan çox əhəmiyyətli bir dövlətdir. Azərbaycan və Türkiyə iki dövlət, bir millət deyil; Şuşa protokolundan sonra biz bir dövlət, bir millət, bir ordu olduq. Azərbaycan biz deməkdir, Türkiyə isə Azərbaycan”.

TodayPress TV "Globalinfo.az"a istinadən xəbər verir ki, bu sözləri ehtiyatda olan türkiyəli kontr-admiral Prof. Dr. Cihat Yaycı GZT-nin baş redaktoru Doğukan Gezerin təqdimatında yayımlanan “Xəritə” proqramında deyib.

C.Yaycı bildirib ki, Azərbaycanın artan strateji əhəmiyyəti, İran sərhədi yaxınlığında PJAK fəaliyyəti, Cənubi Azərbaycanda baş verən proseslər və Zəngəzur dəhlizi ətrafında artan rəqabətin Qafqazın qarşıdakı dövrdə daha çox gündəmə gələcəyini ortaya qoyur:

“Mən dedim ki, onlar Azərbaycanı bu işə cəlb etmək istəyirlər. Dedim ki, mütləq Azərbaycana hücum olacaq və hücum baş verdi (Naxçıvana dron zərbəsi, -red). Dedim ki, bu hücumu İran yox, İranın daxilindəki sionist agentlər, İsrailin agentləri həyata keçirəcək. Çünki İranda idarəetmə zənciri qopub. Kimin nə etdiyi bəlli deyil. Biz dedik ki, İrandan Azərbaycana hücum olacaq və bu hücumla Azərbaycan İrana hücum etməyə təhrik ediləcək”.


Ekspert Şimali İraqdakı proseslər, Böyük Yaxın Şərq Layihəsi (BOP) ətrafında müzakirələr, İsrailin regional strategiyası və NATO-nun Yaxın Şərqdə yarada biləcəyi yeni təhlükəsizlik strukturu kimi vacib geosiyasi məsələlərə diqqət çəkib. Ankarada keçiriləcək NATO Zirvəsi haqda maraqlı proqnoz irəli sürüb. Yaycının sözlərinə görə, “NATO-Yaxın Şərq” yaranacaq və Türkiyə burada tramplin kimi istifadə olunacaq:

“Zirvədəki ən önəmli məsələ Türkiyənin cənub və şərqindəki proseslərin NATO çətiri altına alınması olacaq. Bu, Türkiyə üçün çox təhlükəli bir vəziyyətdir. O deməkdir ki, İraqda, Suriyada, Livanda, Fələstində və İranda hansı proseslər baş verirsə versin, NATO-nun müdaxiləsi Türkiyədən istifadə edilməklə həyata keçiriləcək. Buraya çoxlu hava hücumundan müdafiə sistemləri gətiriblər. Yunanıstan onları Birləşmiş Ərəb Əmirliklərinə göndərib. Nəyəsə hazırlaşırlar. O zaman Türkiyənin qonşuları ilə münasibətləri necə olacaq? Oradakı hökumətlər dəyişəcək, amma xalqları bunu tarix boyu unudacaqmı? Türkiyəni riskli vəziyyətə sürükləyirlər. Kipr və Yaxın Şərqi NATO çətiri altına almaq, Türkiyənin əl-ayağını bağlamaq və eyni zamanda onu qonşuları ilə oda atmaq deməkdir”.

TodayPress TV

PHOTOS

Hava hücumundan müdafiə sistemləri yerləşdirildi, gərginlik artdı - Türkiyənin bölgəsində nə baş verir? — 1
NEWS FEED
18 AUGUST 2026
Kolumbiyada zəlzələ böyük dağıntıya səbəb oldu – Zərərin məbləği açıqlandı 08:39 Kreyçlou geri döndü, amma etiraf etdi: “Daimi yarışmaq istəmirəm” 08:36 Noyer vida siqnalı verdi? “Mövsümdən sonra görəcəyik” 08:19 Qarpız və üzüm toxumlarının bilinməyən faydaları 08:25 73 qol vuran Keyn “Qızıl top” üçün ümidlərini itirmir 08:17 Kanye Uestin Putinlə görüşmək arzusunda olduğu məlum oldu 01:58 İnfantinonu tənqid etmiş FİFA rəsmisi vəzifəsini TƏRK ETDİ 01:51 Belarus sərhədindəki insidentdən sonra general istefa verdi 01:38 Uşaq kəmərini bağlamadı, bütöv reys ləğv edildi! 00:34 ABŞ Prezidentindən Kim Çen Inla bağlı maraqlı paylaşım - FOTO 01:21 Qurban Qurbanov: "Çempionatdakı hər oyuna ciddi yanaşmalıyıq" 01:33 Amerikalılar Trampdan üz döndərir? - Reytinq 33%-ə düşdü 01:10 Ərdoğan Trampla İran və Qəzzanı müzakirə etdi 02:00 Kuşner HƏMAS-a 90 gün vaxt verdi: “Silahlar təhvil verilsə...” 00:54 Polşa ordusu müharibəyə hazırlaşır 00:14 Rus nefti daşıyan tanker Qara dənizdə hücuma məruz qaldı 23:59 “Barselona” dünya ulduzunu heyətinə qatdı! 23:51 Ankara və London strateji tərəfdaşlığı gücləndirir 23:33 Emin Cavadlı üçün DÇ-də bürünc medal şansı! 23:31 İraq İrandan hücumla bağlı rəsmi izahat TƏLƏB ETDİ 23:19 Brent neftinin qiyməti 91 dolları ötdü 23:03 Kim Çen In Trampın təklifinə cavab verdi 22:50 İki güləşçimiz dünya çempionatından medalla döndü! 22:52 Tramp İranla razılaşmadan imtina etdi: "Onlar hazır deyil" 22:42 Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirdi 22:32 All News