Əraqçi ilk dəfə həmin gecədən danışdı: Hər şey xarabalığa çevrilmişdi...

Əraqçi ilk dəfə həmin gecədən danışdı: Hər şey xarabalığa çevrilmişdi...
23.07.2026 11:11 Dünya

İran xarici işlər naziri Abbas Əraqçi ABŞ-İsrail tərəfindən İranın ali lideri Əli Xameneiyə qarşı həyata keçirilən hücum zamanı yaşadıqlarını ilk dəfə açıqlayıb. Əraqçi hücumdan necə sağ çıxdığını, dağıntılar arasından necə çıxarıldığını və sonrakı günlərdə təhlükəsizlik səbəbilə necə gizləndiyini danışıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Qafqazinfo”nun xəbərinə görə, iranlı sənədli film rejissoru Cavad Moquyinin proqramında çıxış edən Əraqçi bildirib ki, hadisə Xamenei Baş Qərargah rəisinin müavini Əli Əsgər Hicaziyə məlumat verərkən qeydə alınıb.

Onun sözlərinə görə, həmin an üç güclü partlayış olub.

“Üçüncü partlayış binamızın, demək olar ki, düz yanında baş verdi. Hicazinin ofisinin yerləşdiyi hissə birbaşa zərbə aldı və binanın sol tərəfi tamamilə dağıldı”, – deyə Əraqçi bildirib.

Nazir partlayışdan sonra yaşanan dəhşətli anları belə təsvir edib: “Biz binanın digər tərəfində idik. Partlayışdan sonra tavan, divarlar və hər şey üzərimizə çökdü. Hicazinin əlindən tutdum və onun kömək çağırışlarını eşidərək, taxta parçalarının və dağıntıların arasından keçdik. Tavandan su damırdı. Hər şey xarabalığa çevrilmişdi. Nəhayət, çıxa bildik”.

Əraqçi bildirib ki, hücum zamanı Hicazinin katibi həyatını itirib, Hicazi və özü isə dağıntılar altından çıxmağa nail olublar.

İran xarici işlər naziri hücumdan sonra da təhlükəsizlik narahatlıqlarının davam etdiyini deyib.

O bildirib ki, şəxsi avtomobili zədələndiyi üçün Xarici İşlər Nazirliyinə yoldan keçən başqa bir avtomobillə gedib.

Əraqçi qeyd edib ki, növbəti hücumların hədəfinə çevrilməmək üçün Tehranda davamlı olaraq yer dəyişdirib.

“Üç gün ərzində administrasiyadakı digər şəxslərlə əlaqə saxlaya bilmədim”, – deyə nazir bildirib.

Əraqçi İsrailin İran rəhbərliyinin yüksəksəviyyəli görüşlərindən xəbərdar olması məsələsinə də toxunub.

O deyib ki, bu, təhlükəsizlik sistemində ciddi boşluqların ola biləcəyini göstərir.

“Bu, ehtimal ki, hələ də mövcud olan təhlükəsizlik zəifliyinə işarə edir. Bu məsələ həll edilməlidir”, – Əraqçi vurğulayıb.

Əraqçi müsahibəsində region ölkələrinin ABŞ Prezidenti Donald Trampa İranla bağlı xəbərdarlıq etdiyini də açıqlayıb.

Onun sözlərinə görə, bəzi ölkələr Vaşinqtonu İranın Venesueladan fərqli olduğunu bildirərək hərbi müdaxilədən çəkinməyə çağırıb.

“İran fərqlidir. İranın güvəndiyi güc min illər boyu davam edən bir sivilizasiyadır. Bu güc şiə düşüncəsi və şəhidlik inancı ilə qarışıb. Bunlar bir araya gəldikdə asanlıqla məğlub edilə bilməyən bir quruluş yaradır”, – deyə Əraqçi bildirib.

TodayPress TV

NEWS FEED
23 JULY 2026
İraqın Baş naziri Tehrana səfər etdi 14:14 23 iyul 1993: Ağdamın işğalı Birinci Qarabağ müharibəsinin dönüş nöqtəsi 13:59 İlhamə Novruzova vəzifəsindən azad edildi 13:43 İnzibati xəta törətmiş şəxsə məcburi psixiatriya yardımı göstəriləcək 13:33 İran raketlərinin ABŞ qüvvələrinin yerləşdiyi bazaya zərbə endirdiyi an - VİDEO 13:26 Vaşinqton Kubaya yeni şərtlər irəli sürür - Ya dəyişəcəksiniz, ya da... 13:22 Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqlədi 13:16 Azərbaycan şirkəti ABŞ-də neft yataqları aldı– Tarixi razılaşma 13:12 Xaçaturyanın vəziyyəti pisləşdi: Xəstəxanaya yerləşdirildi 12:59 Konfrans Liqası: "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək 12:55 Ölkə ərazisində gözlənilən hava proqnozu açıqlandı 12:51 Britaniya İrandakı vətəndaşlarına təcili çağırış etdi– Azərbaycan sərhədi ilə bağlı vacib xəbərdarlıq 12:46 Aralıq dənizi "ortada" qaldı: Türkiyə ilə İsrail arasında sular isinir 12:32 Türkiyədə zəlzələ oldu 12:11 Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı 12:08 Peşə üzrə təhsil alanlar yataqxanalara bu qədər ödəniş edəcəklər 12:03 Arxangelsk iflas etdi: Rusiya qazsız və kömürsüz qalan şəhəri itirdi 11:56 Prezident Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı 11:51 Bu bölgələrin sakinlərinə şad xəbər - Peşə məktəbləri gəlir 11:41 Azərbaycan və Türkiyə peşə təhsili üzrə birləşir 11:38 Rusiya tonlarla qızılı satışa çıxardı - Böhran ölkəni dalana dirədi 11:28 Qadınların peşə seçimində ilk yeri dayəlik tutub 11:39 Saleh Məmmədov Almaniyada 24 hektar torpaq alıb? – ŞOK FOTO yayıldı 11:38 Bu peşələr üzrə təhsil ali məktəb təhsilindən daha bahadır 11:32 Yeni postlar, yeni adlar: Prezident kimlərə vəzifə verib? 11:30 All News