Bir dövr başa çatdı: Stasionar telefon xidməti tam dayandırıldı

Bir dövr başa çatdı: Stasionar telefon xidməti tam dayandırıldı
01.07.2026 08:42 Dünya

Finlandiyada stasionar telefon xidməti tamamilə dayandırılıb.

TodayPress TV xəbər verir ki, "Yle"nin məlumatına görə, ölkənin ən böyük telekommunikasiya operatoru "Elisa" iyulun 1-dən etibarən stasionar telefon xidmətini dayandırıb.

Bununla da Finlandiyada bu xidməti göstərən əsas operator qalmayıb.

Bundan əvvəl "Telia" 2019-cu ildə sabit telefon şəbəkəsindən imtina etmiş, DNA isə 2026-cı ilin əvvəlində son stasionar telefon abonentlərinə xidmət göstərməyi dayandırıb.

Şirkətin açıqlamasına əsasən, bu ilin əvvəlinə qədər "Elisa"nın fərdi və korporativ müştəriləri arasında cəmi bir neçə min aktiv stasionar telefon xətti qalmışdı. Operator uzun illərdir bu xidmət üzrə yeni müqavilələr də bağlamırdı.

Bildirilir ki, Finlandiyada stasionar telefon xətləri son dövrlərdə əsasən ev telefonları, faks aparatları və lift domofonları üçün istifadə olunurdu.

Qeyd edək ki, bəzi ölkələrdə stasionar telefonlardan istifadə azalsa da, Rusiyada bu cihazlara tələbatın 2026-cı ilin ikinci yarısında 10-15 faiz arta biləcəyi proqnozlaşdırılır.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
01 JULY 2026
Nazirlər Kabinetindən qrant müsabiqələri ilə bağlı QƏRAR 10:40 Rusiya mülki əhaliyə qarşı dron hücumlarını davam etdirir - ÖLƏNLƏR VAR 10:32 Qlobal enerji birjalarında ucuzlaşma dalğası davam edir 10:20 Leyla Əliyeva Şəkidə - FOTO 10:10 Azərbaycanda bu şəxslərin pensiya yaşı artırıldı 09:56 Neft birjasında cüzi ucuzlaşma oldu 09:51 "Qarabağ" bu gün iki yoxlama oyunu keçirəcək 09:48 Nazarbayev dövrü basdırılır! Tokayev ölkəni yenidən qurur 09:38 Azərbaycanla Rusiya arasında qatar reysi bərpa edilir? – Vacib yenilik 09:33 77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən öldü - FOTO 09:28 Sumqayıtda qatar benzin daşıyan maşınla toqquşdu: Xəsarət alan var - VİDEO 09:17 Bu iki ölkənin vətəndaşları Azərbaycana vizasız gələ biləcək 09:12 Fransa millisi 1/8 final mərhələsinə yüksəldi 08:50 Bir dövr başa çatdı: Stasionar telefon xidməti tam dayandırıldı 08:42 Ukrayna Rusiyanın müdafiə zavodunu vurdu - VİDEO 08:27 DÇ-2026: Meksika 1/8 finala yüksəldi 08:17 Peruda 500 "yaşı" olan kartof tapıldı 22:00 Ağcaqanadları hansı əlamətlərlə cəlb edirik? - Mütəxəssisdən maraqlı açıqlama 21:58 Alkoqol və çəki artımı: Mütəxəssis kökəlmənin əsas səbəbini açıqladı 21:55 Yeni Zelandiyada möcüzə: Başı stola dəyən qadın 13 ildən sonra görməyə başladı 21:40 İsti havada şirin qazlı içkilərin orqanizm üçün təhlükəsi açıqlandı 21:35 Saatda beş ölüm: ABŞ şəhərlərinin havası haqqında şok hesabat 21:33 Alimlər yaşlılıq dövründə bəzi şəxslərin zehni aydınlığını necə qoruduğunu müəyyən etdilər 22:17 Qalibafın çıxışı yarımçıq kəsildi 01:39 Çimərlik güləşi üzrə Azərbaycan çempionatına yekun vuruldu 00:06 All News