Almanlar siyasi sistemi dəyişdirirlər - Avropada faşizm təhlükəsi?

Almanlar siyasi sistemi dəyişdirirlər - Avropada faşizm təhlükəsi?
28.07.2026 17:28 Dünya

Almaniya Federal Konstitusiya Məhkəməsinin keçmiş sədri Hans-Yürgen Papir Bundestaq seçkilərində tətbiq olunan 5 faizlik seçki baryerinin 3 faizə endirilməsini təklif edib.

TodayPress TV xəbər verir ki, Papir bu barədə "Der Tagesspiegel" qəzetinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, 5 faizlik baryer artıq dövrün tələblərinə cavab vermir və seçki hüququnda bərabərlik prinsipini məhdudlaşdırır.

Papir bildirib ki, 2025-ci il Bundestaq seçkilərində 49,6 milyon etibarlı səsdən 6,8 milyonu, yəni təxminən hər yeddi səsdən biri parlamentdə təmsil olunmayan partiyalara verildiyi üçün faktiki olaraq nəzərə alınmayıb.

Keçmiş məhkəmə sədri hesab edir ki, Bundestaqın fəaliyyət qabiliyyətini qorumaq üçün seçki baryerinin 3 faiz olması kifayət edər.

O xatırladıb ki, Federal Konstitusiya Məhkəməsi Avropa Parlamenti seçkilərində tətbiq edilən seçki baryerini vaxtilə Konstitusiyaya zidd hesab edib. Papirin fikrincə, bu, Bundestaq və əyalət parlamentlərində də 5 faizlik baryerin yenidən nəzərdən keçirilməsi üçün əsas yaradır.

Papir qeyd edib ki, sağlam demokratiya yeni siyasi partiyaların yaranmasına imkan verməlidir. Onun sözlərinə görə, 5 faizlik baryer yeni partiyaların formalaşmasını və inkişafını çətinləşdirir, bu isə siyasi sistemin durğunlaşması riskini artırır.

Keçmiş Konstitusiya Məhkəməsi sədri hesab edir ki, 3 faizlik baryer daha çox vətəndaşın parlamentdə təmsil olunmasına şərait yaradacaq, Bundestaqın siyasi müxtəlifliyini artıracaq və demokratiyaya inamı gücləndirəcək.

Qeyd edək ki, 2025-ci il Bundestaq seçkilərində Sara Vaqenknextin rəhbərlik etdiyi BSW partiyası 4,981 faiz səs toplayaraq parlamentə düşmək üçün cəmi 9,5 min səs çatdırmayıb. Partiya Bundestaqa daxil olsaydı, hazırkı XDS/XSS–SPD koalisiyası kansler çoxluğunu itirmiş olardı.

Qiymət Mahir

NEWS FEED
28 JULY 2026
İsrailin qələbə görüntüsünün altında nə yatır? Sabiq rəsmidən sensasion açıqlama 20:08 Paşinyanın arvadı müraciət yaydı: Həyatım təhlükədədir! 19:50 Zelenski getdi, Netanyahu gəldi 19:57 Tramp Zelenskiyə nə vəd etdi? - Görüşdən ilk detallar və görüntülər 19:38 İsfahan Həsənov dünya çempionatında gümüş medal qazandı 19:42 Odessa sahillərində gəmi yanır - VİDEO 19:32 Aİ-dən Rusiyaya daha bir “paket” gəlir 19:27 Zelenski Ağ Evdən ayrıldı - YENİLƏNDİ 18:18 Erməni separatçıların məhkəməsində gərgin iclas - Prokuror nə istədi? 19:14 Daha bir yunan-Roma güləşçimiz bürünc medal qazandı 19:08 Müctəba Xamenei haradadır? - ABŞ və İsrail onun izinə düşdü 18:58 Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi? 18:49 Zelenski Trampla görüşə qalstuksuz gəldi - VİDEO 18:37 Trampdan İrana ultimatum: “Bir saata…” 18:07 Azərbaycan güləşçisi Ömər Salmanov bürünc medal qazandı 18:22 Azərbaycanın Belqradda gündəmə gətirdiyi əsas məsələ nə oldu? 18:11 Qızıl medala bir addım: İki güləşçimiz finala yüksəldi 18:05 Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul etdi 17:33 Ermənistanı dünyaya terror dövləti kimi tanıdan türk diplomatlarının öldürüldüyü Lissabon aktı 17:33 Almanlar siyasi sistemi dəyişdirirlər - Avropada faşizm təhlükəsi? 17:28 “Azzurri”də inqilab davam edir: Ranyeriyə yüksək vəzifə 17:25 UFC çempionunun səmimi etirafı gündəm oldu 17:23 Daha 184 mənzil kirayə mexanizmi çərçivəsində satışa çıxarılır 17:20 Zidan: “Deşam Deşamdır, Zidan isə Zidandır” 17:12 20 yaşlı dahilərin tarixi dueli: dünya tacı uğrunda mübarizə 17:03 All News