Almaniya hərbi bazası üzərində şübhəli DRONLAR - Cinayət işi açıldı

Almaniya hərbi bazası üzərində şübhəli DRONLAR - Cinayət işi açıldı
07.08.2026 23:27 Dünya

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Mexernix şəhərində yerləşən Bundesver obyektinin üzərində naməlum pilotsuz uçuş aparatları (PUA) müşahidə olunub.

TodayPress TV xəbər verir ki, bu barədə "Sueddeutsche Zeitung" məxfi polis hesabatına istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, özəl mühafizə şirkətinin əməkdaşları 6-7 avqust tarixlərində altı dron uçuşunu qeydə alaraq dərhal polisə məlumat veriblər. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları da qısa müddət ərzində ərazi üzərində dövrə vuran iri dron müşahidə ediblər.

Hərbi polis həmin pilotsuz aparatın qanad açıqlığı 3,8 metrə çatan "Fly-380 VTOL" modeli ola biləcəyini ehtimal edir. Bildirilir ki, bu model saatda 150 kilometrədək sürət yığa və təxminən 400 kilometr məsafə qət edə bilir.

PUA-ların kim tərəfindən idarə olunduğu hələlik məlum deyil. Nəşr qeyd edir ki, hüquq-mühafizə orqanları topoqrafik ölçmələr kimi adi tapşırıqları yerinə yetirən mülki dronun gecə saatlarında təsadüfən hərbi bazanın üzərindən uçması ehtimalını istisna edirlər.

Faktla bağlı hərbi obyekt üzərində qanunsuz müşahidə aparılması şübhəsi ilə cinayət işi açılıb. Araşdırmalara Almaniyanın Hərbi Əks-Kəşfiyyat Xidməti və Berlində yerləşən Birgə Dronlara Qarşı Mübarizə Mərkəzi cəlb olunub.

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
08 AUGUST 2026
17 yaşlı qızın toy mərasimi təxirə salındı, çəkiliş heyətinə hücum edildi - VİDEO 19:41 Tramp bal zalının tikintisi ilə bağlı Ali Məhkəməyə müraciət edəcək 23:44 Tarixi Vaşinqton Bəyannaməsindən BİR İL ÖTÜR 00:07 Fabian Buntiç: "Qarabağ"da xoşbəxtliyimi itirmişdim" 23:28 "Müharibə niyyətimiz yoxdur, amma..." - Pezeşkian 23:31 İtaliya İspaniya ilə sərhəddə nəzarəti LƏĞV ETMİR 23:24 Almaniya hərbi bazası üzərində şübhəli DRONLAR - Cinayət işi açıldı 23:21 ABŞ ordusundan 400 milyonluq anlaşma 23:14 "Ağ Ev sənin şəxsi mülkün deyil!" - Məhkəmədən Trampı qəzəbləndirəcək bəyanat 23:07 Adını dəyişib kredit borcundan yayınmaq mümkündür? - Hüquqşünasdan XƏBƏRDARLIQ 22:52 "Özümüzə güvənməyin vaxtıdır" - Əraqçi 22:46 Dunay çayı quruyur, istilər artır - Rumıniya hansı tədbirləri görəcək? 22:33 Luka Zidan "Qranada" ilə müqaviləsini LƏĞV ETDİ 22:17 Qara dənizdə Türkiyə gəmisi VURULDU 22:11 22:10 Sadəcə qələbə kifayət deyil: Azərbaycan Cənubi Qafqazın oyun qaydasını necə yenidən yazdı? 22:03 Cəbrayılın iki kəndi alova büründü 21:52 Yaxın günlərdə ATƏŞKƏS ola bilər - Bessent ELAN ETDİ 21:47 Səudiyyə Ərəbistanı ABŞ tankerlərindən imtina edir - İDDİA 21:35 İranda PARTLAYIŞ: Hərbçilər hədəf alındı, ölənlər var 21:31 Rusiya və İrana qarşı yeni sanksiyalar TƏSDİQLƏNDİ 21:18 Qırmızı dənizdə neft tankerinə hücumun qarşısı alındı - DETALLAR 21:09 ABŞ-dən İrana yeni ZƏRBƏ: Yüz milyonlarla dollarlıq maliyyə şəbəkəsi hədəfdə! 21:04 Zelenski Serbiyaya İLK rəsmi səfərini etdi! 20:52 Türkmənistana gedənlərin NƏZƏRİNƏ: Artıq növbədə gözləməyə son qoyuldu! 20:43 All News