Aİ təcili toplanır - İspaniya qanunsuz miqrantlardan təmizlənə bilmir

Aİ  təcili toplanır - İspaniya qanunsuz miqrantlardan təmizlənə bilmir
03.08.2026 17:11 Dünya

İspaniyanın Şimali Afrikadakı Seuta anklavında ötən həftə baş verən kütləvi sərhəd keçidindən sonra minlərlə miqrant hələ də şəhərdə qalır.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, yerli hakimiyyət Seutada hazırda 3-5 min arasında miqrantın qaldığını bildirir. Böyüklər və yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulan qəbul mərkəzləri tam dolub, yüzlərlə azyaşlı isə sığınacaq gözləyir.

İspaniya hökuməti son dörd gün ərzində təxminən 69 500 miqrantın Mərakeşə qaytarıldığını açıqlayıb. Rəsmi məlumatlara görə, sərhəd keçidləri zamanı İspaniya tərəfində 72, "Mərakeş tərəfində isə 11 nəfər" həyatını itirib.

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Mərakeşlə əməkdaşlıq sayəsində miqrantların böyük hissəsinin qısa müddətdə geri qaytarıldığını bildirib. Bununla yanaşı, Seuta rəhbərliyi Rabatı sərhəddəki vəziyyətə vaxtında nəzarət etməməkdə tənqid edib.

Böhran Avropa İttifaqında miqrasiya siyasəti ilə bağlı müzakirələri yenidən alovlandırıb. Aİ daxili işlər nazirlərinin məsələni müzakirə etmək üçün təcili videokonfrans keçirəcəyi bildirilir. 

Jalə Rövşən 

NEWS FEED
03 AUGUST 2026
Ya saziş, ya da tam kapitulyasiya... - Trampdan növbəti ultimatum 20:06 ABŞ Hörmüz boğazından 1000-dən çox gəminin keçidinə dəstək verdi 19:56 Sürücülərin NƏZƏRİNƏ! - Paytaxtın 12 rayonunda genişmiqyaslı təmir 19:51 "Tehran cavab zərbəsindən qorxur" - Netanyahu 19:39 Kiyevə "Patriot" tədarükü ləngiyir - NATO nümayəndəsi açıqladı 19:31 Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi 19:20 Müharibə Təl-Əvivə neçəyə başa gəlir? - İsrail ordusundan REKORD xərc 19:14 "Turan Tovuz" Türkiyə toplanışında növbəti qələbəsini əldə etdi 19:06 Ödəniş kartları olanların DİQQƏTİNƏ!: Fırıldaqçılıq hallarının son göstəriciləri açıqlandı 18:59 İran bəzəkli sözlər deyir, Amerika isə bombalamağa davam edir 18:47 Zelenski Putinlə görüşməyə HAZIRDIR? - Podolyak elan etdi 18:40 Ərdoğan 2028-ci ildə yenidən namizəd olacaq? - RƏSMİ 18:28 Yardımlı Azərbaycan gimnastika çempionatına ev sahibliyi edəcək 18:23 "Hər dəfə yeni rəhbərə uyğunlaşırıq" - Fransada siyasi böhran işçiləri sarsıtdı 18:13 Rusiya hərbi təyyarələri Baltik səmasında - Litva detalları açıqladı 18:02 Ceyhun Bayramov Estoniyanın yeni səfirini qəbul etdi 17:57 Kamran Əsədov ev dustaqlığına buraxılmadı 17:46 Bakı Qızlar Universitetinin işçilərinin gələcək taleyinə aydınlıq gətirildi 17:30 Bakı Qızlar Universitetinin tələbələri özəl ali məktəblərə köçürüləcək 17:29 Yenidən formalaşdırılan Ermənistan hökümətinin tərkibi - TƏCİLİ 17:19 Aİ təcili toplanır - İspaniya qanunsuz miqrantlardan təmizlənə bilmir 17:11 Xırdalanda ər və arvad arasında insident olub - KİŞİ ÖLÜB 17:02 Magistraturaya qəbul olunanlar üçün qeydiyyat elektronlaşdırılır 16:44 Zelenski, Paşinyan və Tokayevin qadın liderə verdiyi hədiyyə maraq doğurdu 16:42 Konfrans Liqası: “Qarabağ”ın pley-off mərhələsində potensial rəqibi məlum oldu 16:28 All News