4 il həbs cəzası alan Hüseyn Həsənovdan GÖZLƏNİLMƏZ ADDIM: Vəkili DANIŞDI

4 il həbs cəzası alan Hüseyn Həsənovdan GÖZLƏNİLMƏZ ADDIM: Vəkili DANIŞDI
05.08.2026 10:50 Dünya

Vergidən yayınmaq məqsədilə 68 milyon rublun leqallaşdırılmasında (çirkli pulların yuyulması) təqsirli bilinərək qiyabi şəkildə 4 il azadlıqdan məhrum edilən bloger Hüseyn Həsənov Rusiyaya qayıtmaq istəyir.

TodayPress TV Musavat.com-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Dmitri Kozyaykin açıqlama verib.

"Əlbəttə ki, qayıtmaq istəyir. Bura onun vətənidir, burada doğulub, bütün həyatını burada yaşayıb. Cəmi son ilyarımdır ki, Rusiyada yaşamır. Təbii ki, burada yaşamaq və fəaliyyətini davam etdirmək istəyir", - deyə vəkil bildirib.

Onun sözlərinə görə, blogerin Rusiyaya qayıtmasına "müəyyən hadisələr" mane olur.

Bundan bir gün əvvəl Moskvanın Presnenski Rayon Məhkəməsi milyonlarla izləyicisi olan bloger Hüseyn Həsənovu vergidən yayınmaq məqsədilə çirkli pulların yuyulmasında təqsirli bilib.

Məhkəmənin qərarı ilə o, qiyabi şəkildə 4 il müddətinə cəzaçəkmə müəssisəsinə göndərilməyə məhkum edilib, 1 milyon rubl cərimələnib. Bundan başqa, dəyəri 68 milyon rubl olan "Moscow City" kompleksindəki mənzili də dövlət nəfinə müsadirə olunub.

Hüseyn Həsənovun vəkilləri məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini açıqlayıblar.

TodayPress TV

NEWS FEED
05 AUGUST 2026
Şvartsman yenidən böyük səhnəyə qayıda bilər! 13:32 Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşdi 13:24 Ukrayna kəşfiyyatı: Rusiya Şimali Koreyanın raket bölməsini öz ərazisində yerləşdirir 13:18 “1990-cı ildə “Ermənistanın Elçibəyi” hakimiyyətə gəlsəydi…” – Akobyandan qəribə iddia 13:08 MVP Branson yeni rekordun sahibinə çevrildi! 13:03 Transfer tamamlandı: Bruno Gimarayes “Arsenal”da! 12:58 “Aston Martin”dən Alonso qərarı: Ayrılıq gündəmdə deyil 12:55 Leverkuzen klubu transfer bombasını partlatdı! 12:49 Rəsmi imzaya bir addım: Salah Türkiyəyə endi! 12:37 “Qarabağ” Polşaya qələbə hədəfi ilə yollanır! 12:24 Azərbaycan fotoqrafiyasının 165 illiyinə həsr olunmuş xüsusi poçt markası hazırlandı - FOTOLAR 12:17 Yeni parlament, yeni hökumət, köhnə problemlər...– İrəvanda son 5 günün nəbzi 12:16 HHM bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verildi 12:08 Türk əsilli Amerika tədqiqatçısı Talebin Vardanyanla bağlı mövqeyinə etiraz etdi 11:59 Rusiyanın Kiyevə dəhşətli gecə hücumu: Ölən və yaralananların sayı artdı - VİDEO - YENİLƏNDİ 09:08 Bir şaiyə onları dənizə tökdü - Seutada nə baş verir ? 11:35 Həmiltonun yüksəlişinin sirri məlum oldu 11:25 Dürantın “Filadelfiya” fikrinin pərdəarxası açıqlandı 11:18 Azərbaycan nefti 5 dollardan çox ucuzlaşdı 11:16 Gənc boksçularımız beynəlxalq sınağa çıxır 11:09 Ferstappen xoşbəxtliyinin əsas səbəbini açıqladı 11:06 4 il həbs cəzası alan Hüseyn Həsənovdan GÖZLƏNİLMƏZ ADDIM: Vəkili DANIŞDI 10:48 O'Nil: “Təkəbbürüm mənə çox baha başa gəldi” 10:39 "Yalvarıram, məni geri göndərməyin..." – İspan əsgəri mərakeşli uşağın göz yaşlarına tab gətirmədi - VİDEO 10:28 Filippin sahillərində güclü zəlzələ oldu 10:28 All News