Prezident 3 fərman imzaladı

Prezident 3 fərman imzaladı
22.07.2026 14:47 Daxili siyasət

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 601 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

TodayPress TV fərmanın mətnini təqdim edir:

1. “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 167 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 480 (Cild I); 2024, № 5 (I kitab), maddə 529) 2-ci hissəsi ləğv edilsin.

2. “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 6 fevral tarixli 515 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 214 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

3. “Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 525 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 224 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

4. “Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 aprel tarixli 624 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 624 (Cild I); 2024, № 8, maddə 941) 1-ci və 2-ci hissələri ləğv edilsin.

5. “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 aprel tarixli 652 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 651 (Cild I) 1-ci və 2-ci hissələri ləğv edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 899 (Cild I); 2024, № 4, maddə 373, № 6 (I kitab), maddələr 654, 675, № 8, maddə 948; 2025, № 1, maddə 29, № 3, maddə 224, № 7, maddə 662, № 11, maddə 1018; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 697 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. 3-cü hissə ləğv edilsin;

6.2. 4-cü hissəyə “Təhlili” sözündən sonra “və Multikulturalizm” sözləri əlavə edilsin.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsinin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 7 iyul tarixli 434-VIIQD nömrəli Qanununun tətbiqi və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 12.13-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 12.13-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. iki ay müddətində:

2.1.1. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 12.13-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyimlə bağlı tələbləri təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1.2. həmin Qanunun tələbləri nəzərə alınmaqla, “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarının təkmilləşdirilməsinə dair zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 7 iyul tarixli 434-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 863 (Cild I); 2026, № 1, maddə 31) 2.1-ci və 2.2-ci bəndlərində “, 12.13-cü” sözləri “maddələrində, 12.13-cü maddəsinin birinci və ikinci cümlələrində” sözləri ilə əvəz edilsin.


NEWS FEED
22 JULY 2026
Peskov Rusiya və Almaniya nümayəndələrinin Bakıdakı görüşündən danışdı 16:14 Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyaban ziyarət edildi - FOTO 16:34 “Bütün dünya üçün fəlakət olar!" – ABŞ-dən gözlənilməz ETİRAF 15:33 Trampın yalanı ifşa olundu: “Düşdüyün bataqlıqdan çıxmaq üçün başqa yol axtar!" 15:26 Makron nazirin istefasını qəbul etmədi 15:25 Rubio: ABŞ nüvə silahının yayılması riskinə yol verməyəcək 15:16 "Neftçi" və "Qarabağ"ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək 15:13 Azərbaycan bu ölkə ilə vizanı qarşılıqlı aradan qaldırdı 15:07 Prezident 3 fərman imzaladı 14:58 Prezident Rauf Arifoğlunu təltif etdi 14:50 Hitlerin evi polis bölməsinə çevrildi - FOTO 14:09 Bakıda gizli Almaniya-Rusiya görüşü ilə bağlı ilginc suallar ortaya çıxdı 13:40 VI "Yüksəliş" müsabiqəsinin qalibləri müəyyənləşdi 13:35 Lavrov və Rubionun gözlənilən görüşünün tarixi bəlli oldu 13:24 İsrail gün sayır: İlk dəvətdə İrana soxulacaq 13:12 Arzum hansı şərtlərlə azadlığa buraxıldı? 13:01 Sabah neçə dərəcə isti olacaq? 12:58 Azərbaycanda ən çox və ən az qazananlar kimlərdir? - SİYAHI 12:54 Göyçə balığının üstündə Rusiya Ermənistanın "su"yunu çıxartdı 12:50 "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxıldı 12:42 Qlobal güclər Azərbaycanda nə axtarır? Analitik şifrələri açdı 12:35 Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi 12:24 Hikmət Hacıyev: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir 12:18 İran çox mühüm xəbər açıqladı: ABŞ qırıcılarını vurduq 12:12 Ankarada təlim helikopteri qəzaya uğradı - Yaralılar var 11:49 All News