Diplomatların attestasiyasının keçirilməsi qaydası müəyyənləşdi

Diplomatların attestasiyasının keçirilməsi qaydası müəyyənləşdi
10.12.2025 17:28 Daxili siyasət

“Diplomatik xidmət əməkdaşlarının attestasiyasının keçirilməsi Qaydası” təsdiqlənib.

TodayPress TV xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Attestasiya diplomatik xidmət əməkdaşlarının peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətlərinin qiymətləndirilməsi, habelə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədilə keçirilir. Əməkdaş müvafiq diplomatik vəzifədə ən azı 1 (bir) il daimi xidmət keçəndən sonra attestasiyadan keçirilə bilər. Əməkdaşlar attestasiyadan beş ildə bir dəfədən çox olmayaraq keçirilir və bu zaman onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınır.

Qeyd edilənlər nəzərə alınmaqla, diplomatik nümayəndəlikdə və ya konsulluqda xidmət keçən əməkdaş rotasiya əsasında geri çağırıldıqdan sonra attestasiyadan keçirilir.

Aşağıdakı əməkdaşlar attestasiyadan keçirilmirlər:

- Azərbaycan Respublikasının Prezidenti tərəfindən diplomatik rütbə verilənlər;

- xüsusi tapşırıqlar üzrə səfirlər və idarə rəisləri;

- staj və sınaq dövründən sonra daimi diplomatik xidmətdə bir ildən az müddətdə xidmət keçənlər;

- Vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) alanlar və əlilliyi müəyyən edilənlər;

- Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlara layiq görülənlər;

- bir vəzifədə beş ildən az müddətdə çalışan məcburi köçkün statusu olanlar;

- hamilə qadınlar;

- uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifəni tutan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);

- eyni vəzifədə ən azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilənlər.

Attestasiyanın keçirilməsinin müddətləri, cədvəli və sualların hazırlanmasında istifadə olunan hüquqi aktların və digər məlumat mənbələrinin siyahısı Azərbaycan Respublikasının xarici işlər naziri tərəfindən təsdiq edilir və attestasiyanın başlanılmasına ən geci 1 (bir) ay qalmış attestasiyadan keçirilməli olan əməkdaşın nəzərinə çatdırılır.

Attestasiya Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yüksək vəzifəli məsul əməkdaşlarından ibarət tərkibdə yaradılmış, üzvlərinin sayı beş nəfərdən az olmayan attestasiya komissiyası tərəfindən kollegial və obyektiv surətdə keçirilir. Komissiyanın tərkibi (sədr, katib və ən azı üç üzv) və səlahiyyət müddəti Azərbaycan Respublikasının xarici işlər naziri tərəfindən təsdiq olunur. Komissiyanın üzvləri tərəfindən əməkdaşa yalnız tutduğu vəzifənin funksiyaları,

ixtisası, icra etdiyi işlər və onların nəticələri, xidmət funksiyalarına aid məsələlər, habelə diplomatik xidmət orqanı əməkdaşlarının əsas vəzifələri, hüquqları və onlara şamil olunan məhdudiyyətləri barədə suallar verilir. Attestasiyadan keçirilən əməkdaşın xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi və şəxsi dəyərlərinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir.

Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş əməkdaş attestasiyadan keçirildikdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müəyyən edilən müvafiq vəzifəli şəxsi və ya struktur bölməsinin nümayəndəsi attestasiya komissiyasının iclasında birbaşa və ya dolayı yolla iştirak etməməlidir.

Attestasiyadan keçirilməli olan əməkdaşa attestasiyanın başlanmasına ən azı iki həftə qalmış onun bilavasitə rəhbəri tərəfindən hazırlanmış xidməti xasiyyətnamə verilir və həmin əməkdaş ona verilən xasiyyətnamə ilə tanış olur. Xasiyyətnamədə əməkdaşın xidməti fəaliyyətinə obyektiv və əsaslandırılmış şəkildə qiymət verilir, fərdi xüsusiyyətləri, güclü və zəif cəhətləri, keçən dövr ərzindəki xidmətinin nəticələri göstərilir.

Əməkdaş attestasiyadan keçirilərkən onun bilavasitə rəhbəri attestasiyaya dəvət edilir. Komissiya attestasiyadan keçirilən əməkdaşın fəaliyyəti haqqında onun çıxışını dinləyir və təqdim edilmiş materialları nəzərdən keçirir.

Əməkdaş üzrlü səbəbdən və ya üzrlü səbəb olmadan komissiyanın iclasına gəlmədikdə attestasiyadan keçməmiş hesab edilir və növbəti attestasiyadan keçirilir. Üzrlü səbəb olmadan komissiyanın iclasına gəlməyən əməkdaş barəsində intizam tənbeh tədbirləri tətbiq edilə bilər.

Attestasiyanın nəticələri əsasında komissiya tərəfindən aşağıdakı qiymətlərdən biri verilir:

- tutduğu vəzifəyə uyğun gəlir;

- xidməti fəaliyyətini yaxşılaşdırarsa və komissiyanın tövsiyələrini yerinə yetirərsə, bir ildən sonra təkrar attestasiyadan keçmək şərti ilə tutduğu vəzifəyə uyğun gəlir;

- tutduğu vəzifəyə uyğun gəlmir.

Komissiya attestasiyanın nəticələri əsasında verilən qiymətlərlə yanaşı, attestasiya olunan əməkdaşın həvəsləndirilməsi, əlavə təhsilə cəlb edilməsi, xidməti fəaliyyətinin yaxşılaşdırılması və ya xidmətə münasibətdə məsuliyyətinin artırılması məqsədilə müvafiq tədbirlərin görülməsi barədə tövsiyələr (səbəbləri göstərilməklə) verə bilər.

Əməkdaşın fəaliyyətinə verilən qiymət və komissiyanın tövsiyələri attestasiyadan keçirilən əməkdaşın iştirakı olmadan açıq səsvermə yolu ilə qəbul edilir. Attestasiya və səsvermə komissiyanın üzvlərinin ən azı üçdə iki hissəsinin iştirakı ilə keçirilir. Səsvermənin nəticələri səs çoxluğu ilə müəyyən edilir. Səslər bərabər olduqda, attestasiyadan keçirilən əməkdaş tutduğu vəzifəyə uyğun hesab edilir. Attestasiyanın nəticələri səsvermədən dərhal sonra əməkdaşa bildirilir.

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 All News