Prezident “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak etdi

Prezident “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak etdi
27.11.2025 12:38 Daxili siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunda “Matanat-A” şirkətinin “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak edib.

TodayPress TV xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Matanat-A” şirkətinin Müşahidə Şurasının sədri Elxan Bəşirov dövlətimizin başçısına zavodun fəaliyyəti barədə məlumat verdilər.

Prezident İlham Əliyevə əvvəlcə əsası 2000-ci ildə qoyulan “Matanat-A” şirkəti barədə məlumat verildi. İnşaat materiallarının istehsalı sektorunda 25 ildir fəaliyyət göstərən şirkətin tərkibinə “Matanat A” Quru İnşaat Qarışıqları, AĞDAĞ gipskarton və gips əsaslı məhsulların istehsalı, AZERLİME Əhəng, Avadanlıq və dəzgahların istehsalı və ELBERG maşınqayırma zavodları daxildir. Şirkətin müəssisələrində ümumilikdə 1000-ə yaxın iş yeri yaradılıb.

Ərazisi 10 hektar olan “AZWOOL” mineral daş yunu zavodunda ABŞ, Almaniya və Türkiyədə istehsal edilən müasir avadanlıqlar quraşdırılıb. Zavodun illik istehsal gücü 1,5 milyon kubmetr mineral daş yunudur. Müəssisədə məhsullar əsasən yerli xammaldan hazırlanır.

Mineral daş yunu zavodunun investisiya dəyəri 43 milyon manatdır. Layihənin reallaşdırılması üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılıb. Bununla yanaşı, müəssisə investisiya təşviqi sənədi ilə texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı təxminən 4 milyon manat güzəşt əldə edib. Zavodda 180 iş yeri yaradılıb.

Tikinti sektorunda istifadə olunan, ekoloji cəhətdən təmiz mineral daş yunu istilik və səs izolyasiyasını təmin etməklə yanaşı, enerjiyə qənaətə imkan yaradır. Mineral daş yunu Azərbaycanda rəqabət üstünlüyünə malik yerli məhsullardan biridir. Ona daxili və xarici bazarda böyük tələbat var. Zavodun açılışı yerli istehsalın təşviqi, daxili bazarın tələbatının ödənilməsi və xarici bazarda Azərbaycan məhsullarının rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək. Müəssisə ölkəmizin mineral daş yununa tələbatını ödəməklə yanaşı, idxaldan asılılığı əhəmiyyətli dərəcədə azaldacaq. Həmçinin burada istehsal olunan məhsullar Gürcüstana, MDB və Yaxın Şərq ölkələrinə ixrac ediləcək.

Prezident İlham Əliyev “Matanat-A” şirkətinin müəssisələrində istehsal edilən məhsullarla da tanış oldu. Bildirildi ki, şirkətin zavodlarında 200-dən artıq ticarət markası ilə 3 mindən çox çeşiddə məhsul istehsal edilir. Məhsullar daxili təlabatı ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə Qazaxıstan, Gürcüstan, İraq, Ukrayna, Özbəkistan və digər xarici ölkələrə ixrac olunur.

Dövlətimizin başçısı zavodu işə saldı.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektorunun şaxələndirilməsi və inkişafı istiqamətində aparılan işlər nəticəsində ölkəmizdə yeni-yeni istehsal sahələri yaradılır. Bütün bunlar isə, eyni zamanda, yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına böyük töhfə verir.

TodayPress TV

FOTOLAR

Prezident “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak etdi — 1
Prezident “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak etdi — 2
Prezident “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak etdi — 3
Prezident “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak etdi — 4
Prezident “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak etdi — 5
Prezident “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak etdi — 6
Prezident “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak etdi — 7
Prezident “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak etdi — 8
Prezident “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak etdi — 9
XƏBƏR LENTİ
31 IYUL 2026
"Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bütün Xəbərlər