“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatdı

“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatdı
24.07.2026 16:06 Cəmiyyət

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “TABİA Group” və “Lankaran Springs Wellness Resort” Hotelin tərəfdaşlığı ilə həyata keçirilən 5-ci “YAŞAT” düşərgəsinin altıncı həftəsi iştirakçılar üçün zəngin və maarifləndirici proqramlarla yadda qalıb.

TodayPress TV xəbər verir ki, 12–13 yaşlı 53 şəhid övladının iştirak etdiyi düşərgədə hər gün səhər proqramı sağlam həyat tərzini təşviq edən fiziki məşqlərlə başlayıb.

Şəhid övladları psixoloqlarla qrup terapiyalarında iştirak edib, "ABAD" tərəfindən təşkil olunan ustad dərslərində yaradıcılıq bacarıqlarını inkişaf etdiriblər.

Həftə ərzində iştirakçılar vəhşi təbiət fotoqrafı Saleh Baxşıyevlə görüşüblər. Görüş zamanı fotoqraf iştirakçılarla Azərbaycanın vəhşi təbiəti, təbiətdə sağ qalma bacarıqları, istiqamətin müəyyən edilməsi, vəhşi heyvanların davranış xüsusiyyətləri və təbiətdə təhlükəsizlik qaydaları barədə məlumatlarını bölüşüb.

O, həmçinin uşaqlara təbiəti sevməyin və qorumağın vacibliyindən danışıb, onların suallarını cavablandırıb.

Dövlət Gömrük Komitəsinin kinoloqları ilə görüşdə iştirakçılar kinoloji xidmətin fəaliyyəti ilə yaxından tanış olmaq imkanı əldə edib, onları maraqlandıran sualları cavablandırıblar.

Uşaqlar düşərgə müddətində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sağlam həyat” çərçivəsində səyyar idman avtomobili ətrafında yerləşən idman qurğularında idman normativlərini yerinə yetiriblər.

"Rabitəbank" tərəfindən təşkil olunan maliyyə savadlılığı təlimində iştirakçılar şəxsi büdcənin planlaşdırılması, qənaət vərdişləri və maliyyə məsuliyyəti ilə bağlı praktiki biliklər əldə ediblər.

Parkur saatı və müxtəlif əyləncə proqramları iştirakçıların fiziki fəallığının artırılmasına, komanda ruhunun möhkəmləndirilməsinə və asudə vaxtlarının səmərəli təşkilinə töhfə verib.

ASAN Radio/TV-nin təşkilati dəstəyi və tanınmış müğənnilər - Sevda Yəhyayevanın və Kazımcanın iştirakı ilə keçirilən konsert proqramı iştirakçılara xoş ovqat bəxş edib və düşərgənin yaddaqalan anlarından biri olub.

Bağlanış mərasimində "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov  uşaqlarla görüşərək onların düşərgə ilə bağlı təəssüratlarını dinləyib və onlara uğurlar arzulayıb.

Bununla 5-ci "YAŞAT" düşərgəsinin altıncı həftəsi uğurla başa çatıb.

TodayPress TV

PHOTOS

“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatdı — 1
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatdı — 2
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatdı — 3
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatdı — 4
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatdı — 5
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatdı — 6
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatdı — 7
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatdı — 8
NEWS FEED
24 JULY 2026
Tramp və Zelenski görüşə hazırlaşır - Nələr baş verəcək? 18:24 İspaniyada yanğın nəzarətdən çıxdı: Avropadan TƏCİLİ yardım istənildi - VİDEO 18:09 Ukrayna 36 PUA göndərdi, Voronejdə fövqəladə vəziyyət elan edildi 18:02 Doktorantura səviyyəsində xarici dil fənni üzrə qəbul nəticələri elan olundu 17:55 “Neftçi”nin taleyini idarə edəcək hakim açıqlandı 17:39 “Zirə”nin Avropa Liqası matçının hakimi bəlli oldu 17:20 MM ABŞ-də Azərbaycan əleyhinə qəbul edilmiş qanun layihəsinə etiraz bildirdi 17:18 UEFA-dan ÇSKA – "Qarabağ" matçı ilə bağlı qərar 17:07 Rusiya Slovyanskı bombaladı: Ölənlər VAR 16:59 "Ölüm saatı" çatdı? - Britaniyanın İrandakı səfirliyini bağlamasının sirri 16:45 “KuPS” - “Sabah” görüşünün hakim təyinatları müəyyənləşdi 16:37 Yunanlar adalara silahlar yığır - Türkiyə təhdidə necə cavab verəcək? 16:30 Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar 16:21 Agentlik direktoru Azərbaycanı dünyada təmsil edəcək aşpazlara "pasport"larını təqdim etdi 16:08 “YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatdı 16:06 Salyanda yoxa çıxan çobanın atası Xırdalan qəssabxanasından nə tapdı? - VİDEO 16:00 Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edildi 15:55 Bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ 15:40 Yunan klubunun Rusiya sevdası tribunaları qarışdırdı: Polislə azarkeşlər əlbəyaxa oldu - VİDEO 15:23 Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? - DOSYE 15:16 CHP ana müxalifət statusunu itirdi - Türkiyədə müxalifət dəyişdi 15:10 İrana əvvəlkindən daha böyük zərbə yaxınlaşır - Xəbərdarlıq edildi 14:52 Ferstappen Alonsonun karyerasına münasibət bildirdi 14:49 Klopp futbolçulara çağırış etdi: Özünüzü sübut edin 14:37 Çin dayanmır - Yanğınları söndürmək üçün dronlardan su bombaları düzəltdilər - VİDEO 14:34 All News