Xankəndidəki "Nənə və Baba" abidəsi sökülüb çinar parkı salınsın - Professordan təklif

Xankəndidəki "Nənə və Baba" abidəsi sökülüb çinar parkı salınsın - Professordan təklif
07.07.2026 15:00 Cəmiyyət

Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev Xankəndidə yerləşən və "Papik və Tatik" ("Nənə və Baba") kimi tanınan tikili ilə bağlı fikirlərini bölüşərək onun şəhərdən götürülməsinin məqsədəuyğun olduğunu bildirib.


TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunduqdan sonra Xankəndidə yeni inkişaf mərhələsi başlayıb və şəhər milli ruhda yenidən qurulur:

"Azərbaycan Qarabağdakı, eləcə də Xankəndidəki erməni separatçılarını və onların tör-töküntülərini tarixin arxivinə göndərib. Xanın yurdu öz doğma sakinlərinə qucaq açıb, şəhərdə milli ruhda yeni həyat quruculuğu davam edir. Xankəndi saxta erməni-daşnak simvolları və ənənələri ilə vidalaşır. Ancaq təəssüf doğuran məsələlərdən biri hələ də öz həllini tapmayıb. Xankəndiyə səfər edən bəzi həmyerlilərimiz şəhərin girişində yerləşən "Papik və Tatik" adlı tikili önündə şəkil çəkdirir, onu sanki tarixi irs və ya memarlıq abidəsi kimi təqdim edirlər. Halbuki bu, tarixi və ya memarlıq abidəsi deyil, sadəcə ideoloji məqsədlərlə inşa edilmiş tikilidir".

Professer qeyd edib ki, həmin tikili sovet dövründə Qarabağda yaşayan ermənilərin simvolu kimi təqdim edilsə də, onun arxasında siyasi məqsədlərin dayandığını iddia edib.

"Bu layihə Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsi ideyasının təbliği məqsədilə hazırlanmışdı. Müəllifi Sarkis Baqdasaryanın hazırladığı eskizdə heykəlin Ermənistan istiqamətinə yönəldilməsi də məhz bu niyyətin rəmzi kimi qiymətləndirilir. Tikintidə Ermənistandan gətirilmiş tuf daşından istifadə olunması da təsadüfi deyildi".

Doktorun fikrincə, o dövrdə Azərbaycan rəhbərliyi bu layihənin siyasi mahiyyətini vaxtında qiymətləndirə bilməyib və nəticədə tikili Azərbaycanın büdcəsi hesabına inşa olunub.

O bildirib ki, bu simvoldan bu gün də müxtəlif ölkələrdə istifadə olunur və erməni təşkilatları onu Xankəndinin guya "erməni irsi" kimi təqdim etməyə çalışırlar:

"Qondarma qurumun gerbində də məhz bu tikili əks olunmuşdu. Bu fakt göstərir ki, həmin kompleksdən gələcəkdə də siyasi məqsədlərlə istifadə olunmasına cəhdlər davam edə bilər. Ərazidə vaxtilə yaşıllıqların məhv edilməsi də araşdırılmalı və bununla bağlı hüquqi qiymət verilməlidir. Mənim fikrimcə, "Papik və Tatik" tikilisi Xankəndidən götürülməli, həmin ərazidə ekoloji layihə həyata keçirilməlidir. Ətraf mühitin qorunmasına dair beynəlxalq konvensiyalar, BMT-nin müvafiq sənədləri və Azərbaycan qanunvericiliyi yaşıllıqların qorunmasını tələb edir. Hesab edirəm ki, Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA İctimai Birliyi tərəfindən həmin ərazidə Xan çinarları əkilməli və Ekopark yaradılmalıdır", – deyə Vaqif Abdullayev əlavə edib.

Türkan İsgəndərli

TodayPress TV

PHOTOS

Xankəndidəki "Nənə və Baba" abidəsi sökülüb çinar parkı salınsın - Professordan təklif — 1
NEWS FEED
07 JULY 2026
Məşhur arıqlama məhsullarında təhlükəli maddə AŞKARLANDI 18:09 Tramp Avropanı boşaldır? – Hərbi kontingentin taleyi bir kəlmədən asılı qaldı 17:25 Brüssel Ankaranın qapısını hansı planla döyür? 17:29 Tramp və Ərdoğan görüşündə tarixi qərar -VİDEO 17:32 Zelenski Azərbaycana təşəkkür etdi 17:41 Tramp: Sammitə Ərdoğana görə gəldim, yoxsa gəlməzdim... 17:16 Tramp F-35 qırıcılarının Türkiyəyə satılmasından danışdı 17:04 Bu tarixdən Sinqapurla vizasız rejim tətbiq olunacaq 16:55 KVN-çi necə məşhur din xadimi oldu? - Hacı Şahin - Dini dəyişdirən adam 16:35 Təyyarə sərt eniş etdi, aeroport bağlandı - VİDEO 16:41 Bu vəzifəli şəxslər cərimələnəcək 16:27 Azərbaycan 17 ölkənin imzaladığı konvensiyaya qoşuldu 16:20 Əhalimizi sayacaqlar - Prezident fərman imzaladı 16:12 NATO zirvəsi iştirakçılarını 56.000-lik "ordu" qoruyur 16:00 Ağ Ev qrafiki təsdiqlədi – Tramp əvvəlcə Zelenski, sonra isə Suriyanın yeni lideri ilə nəyi bölüşəcək? 16:10 Ötən ilin büdcəsində niyə profisit yaranıb? 16:02 Tarix müəllimi nazirliyi prezident administrasiyasına şikayət etdi 15:49 “Qəbələ” braziliyalı futbolçu ilə yollarını ayırdı 15:25 "Arxamızca su yox, süd səpdilər" - Monqolustan ətləri haramdır? 15:24 Xankəndidəki "Nənə və Baba" abidəsi sökülüb çinar parkı salınsın - Professordan təklif 14:55 Silahlara nəzarəti tək əldə birləşdirir – Milyardlarla dollarlıq layihə... 14:40 Trampın təyyarəsi Ankaraya endi - VİDEO 14:42 ABŞ niyə Cənubi Qafqaza səfir göndərmir? 14:37 Dron firmaları Zelenskinin sifarişi ilə minlərlə PUA istehsalına başladılar 14:24 Ukrayna müharibəsində "Alyaska" dönüşü – Lavrov danışıqların gizli qalan tərəfini açdı 14:15 All News