Sabahın havası açıqlandı: Neçə dərəcə isti olacaq?

Sabahın havası açıqlandı: Neçə dərəcə isti olacaq?
29.07.2026 12:59 Cəmiyyət

Azərbaycanda iyulun 30-da 39 dərəcə isti olacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 24-26° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-39° isti, dağlarda gecə 15-20° isti, gündüz 23-28° isti olacaq.

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUL 2026
“Böyük Dəbilqə”nin yeni ulduzu? Stabbs seçim etdi 15:42 Zaxarova və Hüseynovdan Azərbaycana qarşı təxribat – “Bu, ciddi mesajdır” 15:37 Bir an hər şeyi dəyişdi: Rassellin uğursuz startının səbəbi açıqlandı 15:31 Zelenski Trampdan 300 "Patriot" istəyib əvəzində elə bir şey təklif etdi ki... 15:28 FIFA-dan “Qaziantep” üçün gözlənilən qərar gəldi 15:24 Zaqatalada dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - YENİLƏNDİ 15:21 Ağdamda başlayan yanğın bu kəndlərə də yayıldı - VİDEO 15:05 "Koroğlu" operasını Üzeyir yazdı deyə Maqomayev işini yarıda saxladı 14:46 Azərbaycan “Netflix”də tanıdılacaq 14:55 Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm verildi 14:52 Rusiya sığışmır - Kreml niyə eyni vaxtda Bakı və İrəvanla təmasa keçdi? 14:45 “DH Volley” braziliyalı baş məşqçiyə etibar etdi 14:25 Bəzi rayonlara leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ 14:20 “Çelsi”dən sürpriz transfer: 35 yaşlı Uelbek geri döndü 14:09 Rusiyanın işi Tanrıya qaldı - Köməyi yuxarıdan gözləyirlər - VİDEO 14:08 Boyu ilə rekord qıran 18 yaşlı basketbolçu hamını təəccübləndirdi - FOTO 13:57 Səudiyyəyə atılan raketin "tüstüsü" İraqdan çıxdı: 20 əsgər öldü - VİDEO 13:47 “Qarabağ”ın rəqibi açıq mesaj verdi: Hücum edəcəyik! 13:42 İsrail "Hizbullah"ın yeraltı obyektini məhv etdi 13:39 Vahid Əhmədovun səhhətində ciddi problem yaranıb? - Özündən açıqlama 13:25 Bir dövr başa çatdı: Neymar Braziliya millisindən getdi 13:20 Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ 13:15 Premyer Liqaya çatmaq üçün Bundesliqadan nəhəng maliyyə gedişi 13:11 Kataloniya cazibəsi: Romero “Barselona” üçün qərarını dəyişdi 13:01 Sabahın havası açıqlandı: Neçə dərəcə isti olacaq? 12:59 Bütün Xəbərlər