Qiymətlər artır: Tikinti bazarını nə gözləyir?

Qiymətlər artır: Tikinti bazarını nə gözləyir?
09.01.2026 17:15 Cəmiyyət

"Tikinti materialları bazarında qiymət artımı tendensiyası bu il də davam edəcək". 

Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc TodayPress TV-yə açıqlamasında bildirib.


Onun sözlərinə görə, tikinti materiallarının qiymətlərində artım əsasən mövsümi xarakter daşıyır və hər il ilin əvvəlindən etibarən, xüsusilə yaz-yay ayları ərəfəsində bu proses daha aydın hiss olunur:

"Tikinti fəaliyyətinin aktivləşməsi bazarda tələbatı artırır və bu da qiymətlərə birbaşa təsir göstərir. Azərbaycanda istifadə olunan tikinti materiallarının böyük hissəsi idxal olunur. Xarici bazarlarda qiymət artımı, loqistik xərclər və gömrük rüsumları daxili bazarda da qiymətlərin yüksəlməsinə səbəb olur. Daxili istehsal isə bütün tələbatı tam ödəmədiyindən bazar idxaldan asılı vəziyyətdə qalır".

Sədr vurğulayıb ki, daxili istehsal olunan tikinti materiallarının da maya dəyəri artmaqdadır. Enerji daşıyıcılarının və yanacağın bahalaşması istehsal xərclərini yüksəldir və bu, yerli məhsulların qiymətinə də təsirsiz ötüşmür:

"Maya dəyəri artdıqca, daxili istehsal olunan materialların qiymətlərində də artım qaçılmaz olur. Hər il mövsümi dəyişikliklər fonunda qiymətlərdə enmə və artımlar müşahidə olunsa da, ilin yekununda tikinti materialları bazarında ümumi artım qeydə alınır. Adətən payız və qış aylarında nisbi ucuzlaşma baş verir, yaz və yayda isə tikinti işlərinin genişlənməsi qiymətləri yenidən yüksəldir".

Vüqar Oruc 2026-cı ildə də bu tendensiyanın davam edəcəyini qeyd edib. O, “Bakı Baş Planı 2040” çərçivəsində planlaşdırılan genişmiqyaslı layihələrin tikinti materiallarına tələbatı daha da artıracağını deyib. Qəzalı və köhnə binaların sökülməsi, yeni yaşayış və infrastruktur layihələrinin icrası, park və abadlıq işləri bazarda aktivliyi artıracaq əsas amillər sırasındadır.

"Həm xarici, həm də daxili amillər qiymət artımına təsir göstərir. Gömrük xərcləri, əməkhaqlarının yüksəlməsi, yanacağın bahalaşması və istehsal xərclərinin artması nəticəsində tikinti materiallarının qiymətlərində illik orta hesabla 10-15 faiz artım müşahidə olunur. Əsas konstruktiv materiallar – sement, armatur, qum, taxta və digər əsas məhsullar hər il əvvəlki ilə nisbətən bahalaşır, yalnız tikintidə az istifadə olunan bəzi materiallar sabit qala bilir", - deyə ekspert fikrini sonlandırıb.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
30 JULY 2026
UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab açıldı - VİDEO 20:04 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 All News