"Türk dünyasında qadınların gücü" adlı tədbir keçirildi

"Türk dünyasında qadınların gücü" adlı tədbir keçirildi
15.10.2025 12:24 Cəmiyyət

Azərbaycan və Türkiyədən olan qadın sahibkarların iştirakı ilə "Türk dünyasında qadınların gücü" adlı tədbir keçirilib.

TodayPress TV xəbər verir ki, KOBİA-nın dəstəyi ilə keçirilən tədbirdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov, Türkiyə Səfirliyinin Baş ticarət müşaviri Gülizar Yavaş və "Samsun qadın sahibkarları" dərnəyinin rəhbəri Şahnaz Dərəli və digər rəsmilər iştirak edib.

MM-in komitə sədri Hicran Hüseynova çıxışında qadının həyatın ayrılmaz bir parçası olmasına diqqət çəkib:

"Əhalinin yarıdan çoxunun qadınlar olduğunu nəzərə alsaq, onlarsız inkişafdan danışmaq mümkün deyil. Odur ki, bu qədər potensial kənarda qalsa, ölkələr necə inkişaf edə bilər?! Əlbəttə, bu, mümkün deyil. Bu səbəbdən də sahibkarlığa maraq göstərən qadınlara hər addımda dəstək olmağa çalışırıq".

Samir Hümbətov öz növbəsində bu ilin 6 ayında Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların sayının 330 mindən çox olduğunu deyib:

"Bu ötən illə müqayisədə təxminən 7 faiz artım deməkdir. Eyni zamanda ötən il təsisçisi qadın olan 2 800-ə yaxın KOB subyekti qeydiyyatdan keçib. Bu da onu göstərir ki, Azərbaycanda qadın sahibkarlığı inkişaf edir və bundan sonra da inkişaf edəcək".

Assosiasiya sədri Səkinə Babayevanın sözlərinə görə, əgər qadının iqtisadi gücü varsa, bu, ailədə həm sabitliyə, həm də sağlam nəsillərin yetişməsinə böyük töhfə verir:

"Ailədə harmoniya, sevgi və hörmət də məhz bu gücün bir parçasıdır".

Türkiyə Səfirliyinin nümayəndəsi G.Yavaş isə qadın sahibkarlığının sayının artırılmasının vacibliyindən danışıb.

Digər sahibkar Şahnaz Dərəli qadın sahibkarlığının yalnız evdə məhsul istehsalı və bazarlarda satmaqla məhdudlaşmamalı olduğunu xatırladıb:

"Bəzən hökumətlərin baxış bucağı bu şəkildə formalaşa bilər, amma qadınların potensialı bundan qat-qat böyükdür. Bu gün 10 minlik heyətimiz arasında Türkiyənin ən önəmli sənaye müəssisələrini təmsil edən iştirakçılar var. Misal olaraq, 80 nəfərlik bir dərnək üzvlüyü olan bir şirkət Samsun şəhərində 100 milyon dollarlıq iş həcmi və 5 min nəfərlik işçi qüvvəsi ilə fəaliyyət göstərir. Bu yalnız 80 nəfər üçün bir nümunədir. Samsunda cəsur qadın IT mütəxəssisləri də fəaliyyət göstərir".

Tədbir hər iki ölkə sahibkarlarının müzakirələri ilə davam edib.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Qırğızıstanda Zobel mükafatı təsis edildi 20:38 Sabiq prezident insanlığa qarşı cinayətlərdə ittiham olunur 22:49 İran İsraili sərt cavab tədbirləri ilə hədələdi 01:25 Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Bütün Xəbərlər