Professor Roida Rzayevanın növbəti kitabı işıq üzü gördü

Professor Roida Rzayevanın növbəti kitabı işıq üzü gördü
12.12.2025 15:22 Cəmiyyət

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor Roida Rzayevanın “Siyasәtin fәlsәfәsi. Analitik diskurslar: ideologiya, media, diplomatiya” monoqrafiyası işıq üzü görüb.

TodayPress TV xəbər verir ki, monoqrafiya şәbәkә sosiallığı vә rәqәmsallaşma şәraitindә siyasәtin, ideologiyanın vә medianın fәnlәrarası tәhlilinә hәsr olunub.

Kitab iki hissәdәn – praktiki (tәtbiqi) vә nәzәri (konseptual) hissәlәrdәn ibarәtdir, hәr birindә fәsillәr hәm müstәqil araşdırmanı, hәm dә vahid süjet xәttinin hissәlәrini tәşkil edir.

Kitabın “tәtbiqi” adlanan hissәsindә siyasәt, dövlәt idarәçiliyi, ideologiya vә media mәsәlәlәri dövrümüzün yeni çağırışları işığında tәhlil edilir. Nәşr siyasi dünyanın postklassik mәnzәrәsi, şәbәkә sosiallığı vә onun öyrәnilmәsi metodları, sosio-kommunikativ texnologiyalar (memlərin yaradılması texnologiyaları), sosiallığın mifologiyası, siyasәtin medialaşması, informasiya müharibәlәri, kiber-simulyakrlar, feyklәr (post-hәqiqәt (post-truth), post-mәxfilik (post-privacy)), kibertәhlükәsizlik, onlayn (şәbәkә) siyasi sәfәrbәrlik, yeni epistemoloji paradiqma kimi böyük verilәnlәr, hakimiyyәt fәlsәfәsi problemlәri, dövlәt idarәçiliyi fәlsәfәsinin aparıcı kateqoriyaları, dövlәt idarәçiliyindә yeni tendensiyalar, müasir siyasi idarәetmәdә internet-texnologiyalarından istifadә, potensial risklәrin idarә edilmәsi, siyasi şüur, rәqәmsal diplomatiya, media mәdәniyyәti, media tәcrübәlәri, sosial medianın kommunikasiya arxitekturası, simvolik siyasәt, mәna istehsalı, ideologemlәr, yumşaq güc, mentalitet, habitus vә s. kimi mәsәlәlәri әhatә edir.

“Nәzәri” hissәdә modernlәşmә, elitalar, postmodernlәşmә, qlokallaşma, beynәlxalq münasibәtlәr vә beynәlxalq hüquq kontekstindә postmodern, dialoq fәlsәfәsi, multikulturalizm vә s. kimi mәsәlәlәr tәhlil edilir.

Monoqrafiya alimlәr, sosial elmlәr sahәlәri üzrә mütәxәssislәr, filosoflar, politoloqlar, siyasi strateqlәr, dövlәt qulluqçuları, ictimaiyyәtlә әlaqәlәr şöbәsinin әmәkdaşları, media işçilәri, diplomatlar, eyni zamanda müasir siyasәt, siyasәt fәlsәfәsi, siyasi sosiologiya, siyasi psixologiya, siyasi antropologiya, siyasi coğrafiya (geosiyasәt), dövlәt idarәçiliyi, medialogiya mәsәlәlәri ilә maraqlanan geniş oxucu kütlәsi üçün nәzәrdә tutulub. Kitab dәrs vәsaiti kimi istifadә oluna bilәr.

Kitab müәllifin әvvәlki monoqrafiyalarında vә bu istiqamәtdә tәdqiqatlarında tәqdim etdiyi fikirlәri davam vә inkişaf etdirәn müstәqil tәdqiqatdır. Qeyd edək ki, müəllifin “The Challenges of Contemporaneity: Postmodernity and Multiculturalism” (Müasirliyin çağırışları: postmoderniti və multikulturalizm) adlı bundan əvvəlki monoqrafiyası dünyanın ən nüfuzlu beynəlxalq elmi nəşriyyatlarından olan “Springer” nəşriyyatı tərəfindən çap olunub. Eyni zamanda bu kontekstdə Rzayevanın digər tədqiqatlarını da qeyd etmək olar: “Постмодерн и мультикультурализм: междисциплинарный дискурс” (Bakı, 2015), Незападная современность в дискурсе постмодерна и культурной полифонии” (Bakı, 2015), “Rus vә Azerbaycan Kaynaklarında Türk Modernleşmesi” (Ankara, 2012)) monoqrafiyaları, “Complex Migration of Global Citizens” (United Kingdom, Oxford, 2014) adlı kitabda “Multiculturalism as Plural Modernities” adlı fәsli, “İnterdisciplinary Perspectives on Social Sciences” (Cambridge Scholars Publishing, 2014) adlı kitabda “ Alternative Modernisms in the Discourse on Postmodern” adlı fәsli vә müasirliyin çağırışlarına hәsr olunan 180-dәn çox nәşri.

Qeyd edək ki, Roida Rzayeva Harvard Universiteti Kennedi Dövlət idarəetmə Məktəbinin təşkil etdiyi “İdarəçiliyin həyata keçirilməsi: əsas prinsiplər” adlı xüsusi proqramının məzunudur. Müәllifin dәyişәn müasirlik vә siyasәt dünyasının postklassik mәnzәrәsi mövzusunda mәruzәlәri dünyanın aparıcı elm mәrkәzlәrindәn olan Oksford vә Kembric universitetlәrindә keçirilәn konfranslarda tәqdim olunmuşdur.

Elmi tәdqiqatların nәticәlәri, siyasәtin paradiqmal tәhlilinin tәrkib hissәsi kimi qeyd olunan müәyyәn müddәalar vә tezislәr hәm ölkә daxilindә, hәm dә dünyanın bir çox ölkәsindә (İspaniya, Böyük Britaniya, İtaliya, Fransa, Cәnubi Koreya, Yunanıstan, Avstriya, Türkiyә, Rusiya, Litva, Kipr, Belarus, Gürcüstan vә s.) yüzdәn artıq beynәlxalq konfranslarda mәruzә edilmişdir.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirdi 15:39 Aylar sonra ilk dəfə - Zelenski və Tramp görüşdü 15:35 Medina “Qarabağ”dan getdi 15:30 Ermənistanda Türk görənlərin reaksiyası - VİDEO 15:18 Cimidən müsəlmanlara təhqir: sizi doğrayıb, torpağa basdıracağıq! 15:16 Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 All News