Ramazandan sonra 3 ƏSAS QAYDA - Mütəxəssis açıqladı

Ramazandan sonra 3 ƏSAS QAYDA  - Mütəxəssis açıqladı
17.03.2026 14:50 Cəmiyyət

Ramazan ayından sonra qidalanmaya düzgün keçid etmək çox vacibdir. Bir ay boyunca orqanizm fərqli rejimə uyğunlaşdığı üçün birdən-birə əvvəlki qidalanma vərdişlərinə qayıtmaq həzm problemləri, çəki artımı və halsızlıq yarada bilər.

Qida eksperti Fərid Səfərov bu barədə TodayPress TV-yə danışıb. 


Onun sözlərinə görə, Ramazandan sonra səhər, günorta və axşam yeməklərinə birdən-birə çox porsiyalarla başlamaq düzgün deyil:

“İlk günlərdə porsiyaları kiçik saxlayıb, yemək sayını yavaş-yavaş artırmaq daha faydalıdır. Səhər yeməyi yenidən gündəlik rejimə daxil edilməlidir. Yüngül və balanslı səhər yeməyi (yumurta, pendir, tam taxıl çörəyi, tərəvəzlər) maddələr mübadiləsini aktivləşdirir və gün ərzində enerji verir. Daha çox şorbalar, tərəvəz yeməkləri, qaynadılmış və ya sobada bişmiş qidalar üstünlük təşkil etməlidir. Yağlı, qızartma və çox ədviyyəli yeməklərdən uzaq durmaq məsləhətdir”.

Ekspert vurğulayıb ki, bayram günlərində şirniyyatların çoxluğu səbəbilə həddindən artıq şəkər qəbulu riski artır. Bu isə həm çəki artımına, həm də qan şəkərinin dalğalanmasına səbəb ola bilər.


“Ramazanda su qəbulu məhdud olduğu üçün bədən susuz qala bilər. Sonrakı günlərdə kifayət qədər su içmək vacibdir ki, maddələr mübadiləsi normallaşsın. Qidalanma ilə yanaşı yüngül gəzintilər və hərəkət də vacibdir. Bu, həm həzmi yaxşılaşdırır, həm də çəki artımının qarşısını alır. “Artıq oruc yoxdur” deyib normadan çox yemək ən çox edilən səhvlərdəndir. Bu, mədə-bağırsaq problemlərinə və sürətli çəki artımına səbəb ola bilər”.

Fərid Səfərov sonda əlavə edib ki, Ramazandan sonra qidalanmada əsas prinsip tədricilik, balans və nəzarətdir. Orqanizmə uyğunlaşmaq üçün vaxt vermək həm sağlamlığı qoruyur, həm də əldə edilən yaxşı vərdişləri davam etdirməyə kömək edir. 

Qeyd edək ki, bu il Ramazan bayramı mart ayının 20-də qeyd olunacaq.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab açıldı - YENİLƏNDİ 20:04 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bütün Xəbərlər