Pensiya alanlara müjdə: ödəniş arta bilər - Vacib detal

Pensiya alanlara müjdə: ödəniş arta bilər - Vacib detal
13.07.2026 11:09 Cəmiyyət

Azərbaycanda pensiya alan şəxslərin yenidən əmək fəaliyyətinə başlaması ilə bağlı suallar tez-tez müzakirə olunur.

Bəs işləməyə davam edən və ya yenidən işə qayıdan şəxsin pensiya məbləği arta bilərmi? Bu halda qanunvericilik hansı imkanları nəzərdə tutur?

TodayPress TV xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Globalinfo.az-a bildirib ki, pensiya alan şəxsin yenidən işləməsi məbləğin avtomatik artması demək deyil:

“Lakin əmək fəaliyyətinin davam etdirilməsi gələcəkdə pensiyanın yenidən hesablanmasına əsas yarada bilər. Əsas şərt odur ki, işlədiyi dövrdə həmin şəxs üçün məcburi dövlət sosial sığorta haqları ödənilsin. Çünki pensiya məbləğinin hesablanmasında sosial sığorta ödənişləri mühüm rol oynayır. Əgər vətəndaş rəsmi əmək müqaviləsi ilə çalışırsa və maaşından sosial sığorta haqları tutulursa, onun fərdi hesabında pensiya kapitalı artmağa davam edir. Bu isə qanunvericilikdə nəzərdə tutulan hallarda pensiyanın yenidən hesablanmasına imkan yaradır. Lakin bu artım hər ay yaxud hər il avtomatik tətbiq edilmir. Yenidən hesablama qanunvericilikdə müəyyən edilmiş qaydalar əsasında aparılır. Pensiyanın nə qədər artacağı işlənilən müddətdən və ödənilən sosial sığorta haqlarının məbləğindən asılıdır”.

İqtisadçı bildirib ki, yüksək rəsmi əməkhaqqı alan şəxslərin pensiya kapitalı daha sürətlə artır:

“Əksinə, aşağı maaş ilə işləyənlərdə artım da məhdud ola bilər. Buna görə də hər kəs üçün eyni məbləğdə artım gözləmək düzgün deyil. Qeyri-rəsmi məşğulluq isə gələcək pensiya baxımından heç bir üstünlük yaratmır. Əmək müqaviləsi olmadan işləyən şəxslər üçün sosial sığorta ödənişləri həyata keçirilmədiyi halda pensiya kapitalı da artmır. Bu səbəbdən rəsmi məşğulluq gələcək sosial təminat baxımından böyük əhəmiyyət daşıyır”.

A.Nəsirlinin sözlərinə görə, pensiya alan şəxslər yenidən işə başlayarkən əmək müqavilələrinin düzgün rəsmiləşdirilməsinə diqqət etməlidirlər:

“İşəgötürənin sosial sığorta haqlarını tam və vaxtında ödəməsi vacibdir. Vətəndaşlar fərdi sığorta hesablarındakı məlumatları mütəmadi yoxlamalıdırlar. Bu, gələcəkdə pensiyanın yenidən hesablanması zamanı yarana biləcək problemlərin qarşısını almağa kömək edir. Nəticə etibarilə, yenidən işləmək pensiyanın artmasına imkan yarada bilər, lakin bunun üçün əsas şərt rəsmi əmək fəaliyyəti və sosial sığorta ödənişlərinin tam şəkildə həyata keçirilməsidir”.

TodayPress TV

NEWS FEED
13 JULY 2026
Onu görmürəm, ümid edirəm, həbs edilməyib - İlham Əliyev Qusmandan danışdı 12:55 Prezident Şuşada Qlobal Media Forumu keçirilən məkandan belə ayrıldı - VİDEO 12:47 İslamabad memorandumunun bəndləri qüvvədən düşdü 12:43 Dilicanın Meşəbəyisi Nəcəf Bəy Vəzirov 12:26 Döyüşlər bütün Bəsrə körfəzinə yayıldı 12:22 Vaxtilə kəmərlərə, dəhlizlərə görə kredit verməyənlər indi Azərbaycanın qapısında növbəyə durublar 12:20 Prezident IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak etdi - YENİLƏNDİ 08:58 İran ağır bombardman altında, Rusiya qırıcılarını köməyə göndərdi 12:03 Prezidentin ifşa etdiyi ermənisevər, korrupsioner Okampo kimdir? 12:02 Azərbaycana nifrət edən Qamsaxurdiya qatarda necə öldürüldü? 12:00 Milli Məclisin növbəti iclası başladı: Gündəlikdə 22 məsələ var 11:54 Sensasion rəqəm: Paytaxt istiqamətinə 350-dən çox PUA uçur... 11:52 Dövlət Bayrağı Meydanında qəzaya səbəb olub sürücüyü ağır yaralayanlar hadisə yerindən necə qaçdı? GÖRÜNTÜLƏR 11:46 İran qonşu dövlətləri vuracaq - Siyahıda kimlər var? 11:45 Prezident Monteneqrolu həmkarını təbrik etdi 11:41 Ermənistanın gizli planı Tovuzda belə darmadağın edildi – 6 il əvvəl baş verənlər 11:15 İranın vurduğu ABŞ bazası alovlar içində qaldı - VİDEO 11:34 “Zəngəzur dəhlizi vacib layihədir” - Prezident 11:29 NATO-nun Ankara Sammiti Türkiyənin inanılmaz gücünü ortaya çıxardı - Türkiyəyə qarşı "Xaç Yürüşü"nə başlanıldı 11:16 Haluk Leventin dərnəyinin istintaqında yeni detal: 26 şübhəlinin adı məlum oldu 11:15 Pensiya alanlara müjdə: ödəniş arta bilər - Vacib detal 11:09 Azərbaycan bu ərazilərin azad olunmasını tələb etdi 10:57 Azərbaycan Ukraynaya dəstəyini ifadə elədi - Prezidentdən açıq mətn 10:52 Gürcüstanda 15 yaşlı azərbaycanlı yeniyetmə öldürüldü - SƏBƏB 10:49 Putin Amerikanı qəlbindən vurdu - Dolları öldürürsünüz... 10:37 All News