Müğənni 162 nömrəli marşrut avtobusundan şikayətləndi: "Nəfəs almaq olmur" - FOTO - VİDEO

Müğənni 162 nömrəli marşrut avtobusundan şikayətləndi: "Nəfəs almaq olmur" - FOTO - VİDEO
16.07.2026 11:45 Cəmiyyət

Müğənni Anara Məmmədova Ramana - Sovxoz - "Koroğlu" metro stansiyası istiqamətində hərəkət edən 162 nömrəli marşrut avtobuslarında kondisionerlərin işləmədiyini iddia edərək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edib.

TodayPress TV Oxu.Az-a istinadən xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkə hesabında video paylaşaraq narazılığını ifadə edib.

Anara Məmmədovanın sözlərinə görə, avtobuslar yenilənsə də, artıq iki-üç həftədir ki, xəttə buraxılan nəqliyyat vasitələrinin kondisionerləri işləmir:

"Sizin "141" qaynar xəttinizə zəng etməkdən, şikayət bildirməkdən yorulmuşam. 162 nömrəli marşrut avtobuslarında kondisionerlər işləmir. İsti hava şəraitində avtobus salonunda nəfəs almaq çətinləşir və sürücülər də eyni problemlə üzləşirlər. Avtobusun içində nəfəs almaq olmur. Sürücülər də deyirlər ki, "Biz nə edək? Bizə icazə vermirlər, kondisionerlər işləmir".


Anara Məmmədova daha bir iddia səsləndirərək bildirib ki, bəzi hallarda sürücülər istiyə görə avtobusun qapılarını açıq vəziyyətdə idarə etməyə məcbur qalırlar.

Paylaşılan videoda avtobus hərəkətdə olarkən ön qapının açıq olduğu, salon pəncərələrinin açıldığı görünür.

Müğənni AYNA-ya müraciət edərək problemin aradan qaldırılmasını istəyib:

"Kimə deyək bu şikayətimizi? Artıq zəng etməkdən də, şikayət etməkdən də yorulmuşam".

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, daşıyıcıya nizamlı fəaliyyətin təmin edilməsi ilə bağlı xəbərdarlıq edilib:

"Hər il yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilir. Havanın temperaturundan asılı olaraq avtobuslarda sərnişinlərin rahatlığı üçün sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsi tapşırığı verilir. Bununla bağlı məsələ tərəfimizdən diqqətdə saxlanılır. Kondisionerlə təchiz edilmiş avtobuslarda soyutma sisteminin işlək vəziyyətdə olması müşahidə edilir. Lakin hər hansı avtobusun kondisioner sistemində texniki nasazlıq yarana bilir. Belə olan halda nasazlığın tez bir zamanda aradan qaldırılması ilə bağlı tədbir görülməsi barədə daşıyıcıya xəbərdarlıq edilir".

TodayPress TV

PHOTOS

Müğənni 162 nömrəli marşrut avtobusundan şikayətləndi: "Nəfəs almaq olmur" - FOTO - VİDEO — 1
NEWS FEED
18 JULY 2026
Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:51 Dünya bazarlarında neft 4 dollardan çox bahalaşdı 12:49 Bazar gününün havası açıqlandı 12:26 Minlərlə ABŞ dəniz piyadası quru əməliyyatı üçün Yaxın Şərqə göndərilir 12:12 Venesuelada zəlzələdə ölənlərin sayı 5 min nəfəri ötdü 12:03 Çimərlik millimiz pley-off mərhələsinə yüksəldi 11:49 Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşır 11:38 Rusiya bir gecədə 400-ə yaxın Ukrayna PUA-sı vurdu 11:36 Bəzi rayonlarda şimşək çaxıb, leysan yağdı - FAKTİKİ HAVA 11:19 Barmağımı kəsib qanımı içirəm – Mavi gözlü mələyin qara taleyi… 11:01 CENTCOM İrana endirilən zərbələri sona çatdırdı 10:54 İtkin düşən azyaşlı bacı-qardaş tapıldı - YENİLƏNDİ 10:41 Azərbaycan ordusunun həlak olan hərbçisi dəfn olundu - FOTO - VİDEO 22:43 ABŞ strateji obyekti vurdu: 10 min nəfər tamamilə susuz qaldı 10:16 Ukrayna Rusiyanın logistika mərkəzini vurdu 10:00 BDYPİ sürücülərə müraciət etdi 09:44 Rusiya paytaxtında dron xaosu: Strateji neft obyekti alovlar içində qaldı - VİDEO 09:30 SON DƏQİQƏ! Qonşu ölkədə zəlzələ oldu 09:18 70 ildən sonra dünyanı nə gözləyir? Alimlərin açıqlaması narahatlıq yaratdı 00:38 Bu aylarda doğulanlar ən yaxşı nənə-babalardır 00:25 Şirdən qaçmaq mümkündür? Alimlər cavabı açıqladılar 00:11 Təzyiqi salmağa kömək edən 3 çərəz 00:06 Apple dünyanın ən bahalı şirkəti oldu 23:51 Çində robotlar rinqə çıxdı, biri başını itirdi 23:47 Kaliforniyada süni intellekt məktəbdən “qovuldu” 23:42 All News