BDYPİ sürücülərə müraciət etdi

BDYPİ sürücülərə müraciət etdi
18.07.2026 09:41 Cəmiyyət

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib, onları diqqətli və məsuliyyətli olmağa çağırır.

TodayPress TV xəbər verir ki, bu barədə İdarənin müraciətində bildirilib.

Qeyd olunub ki, həftəsonu və yay mövsümü ilə əlaqədar respublikanın avtomobil yollarında, xüsusilə paytaxtdan bölgələrə, turizm və istirahət məkanlarına, eləcə də dənizkənarı istirahət zonalarına aparan istiqamətlərdə nəqliyyat axınının əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Hərəkət intensivliyinin yüksəlməsi yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır:

"Sürücülər hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər, uzun məsafəyə yola çıxmazdan əvvəl kifayət qədər dincəlsinlər, yorğun və yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsinlər".

Bildirilib ki, sürücülər təhlükəsiz ara məsafəsini qorusunlar, riskli ötmə və digər təhlükəli manevrlərdən çəkinsinlər, yol hərəkətinin təşkili vasitələrinin tələblərinə ciddi əməl etsinlər, səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığını yoxlasınlar.

"Dənizkənarı və digər istirahət məkanlarına üz tutan vətəndaşlardan, eləcə də piyadalardan xahiş olunur ki, yolu yalnız müəyyən edilmiş keçidlərdən keçsinlər, yolu keçərkən mobil telefon və diqqəti yayındıran digər vasitələrdən istifadə etməsinlər. Çimərliklər və istirahət zonalarının ətrafında hərəkətin intensiv olduğunu nəzərə alaraq, həm sürücülər, həm də piyadalar qarşılıqlı diqqət və ehtiyatlılıq nümayiş etdirməlidirlər", - deyə müraciətdə qeyd olunub.

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUL 2026
Minlərlə ABŞ dəniz piyadası quru əməliyyatı üçün Yaxın Şərqə göndərilir 12:12 Venesuelada zəlzələdə ölənlərin sayı 5 min nəfəri ötdü 12:03 Çimərlik millimiz pley-off mərhələsinə yüksəldi 11:49 Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşır 11:38 Rusiya bir gecədə 400-ə yaxın Ukrayna PUA-sı vurdu 11:36 Bəzi rayonlarda şimşək çaxıb, leysan yağdı - FAKTİKİ HAVA 11:19 Barmağımı kəsib qanımı içirəm – Mavi gözlü mələyin qara taleyi… 11:01 CENTCOM İrana endirilən zərbələri sona çatdırdı 10:54 İtkin düşən azyaşlı bacı-qardaş tapıldı - YENİLƏNDİ 10:41 Azərbaycan ordusunun həlak olan hərbçisi dəfn olundu - FOTO - VİDEO 22:43 ABŞ strateji obyekti vurdu: 10 min nəfər tamamilə susuz qaldı 10:16 Ukrayna Rusiyanın logistika mərkəzini vurdu 10:00 BDYPİ sürücülərə müraciət etdi 09:44 Rusiya paytaxtında dron xaosu: Strateji neft obyekti alovlar içində qaldı - VİDEO 09:30 SON DƏQİQƏ! Qonşu ölkədə zəlzələ oldu 09:18 70 ildən sonra dünyanı nə gözləyir? Alimlərin açıqlaması narahatlıq yaratdı 00:38 Bu aylarda doğulanlar ən yaxşı nənə-babalardır 00:25 Şirdən qaçmaq mümkündür? Alimlər cavabı açıqladılar 00:11 Təzyiqi salmağa kömək edən 3 çərəz 00:06 Apple dünyanın ən bahalı şirkəti oldu 23:51 Çində robotlar rinqə çıxdı, biri başını itirdi 23:47 Kaliforniyada süni intellekt məktəbdən “qovuldu” 23:42 İran İraqı, ABŞ də İranı vurur 01:19 ABŞ konsulluğu hədəf alındı - VİDEO 01:14 İran İraq Kürdüstanına güclü zərbələr endirir - VİDEO 00:42 Bütün Xəbərlər