Azərbaycan ordusunun həlak olan hərbçisi dəfn olundu - FOTO - VİDEO
Hərbçi Quliyev Ələkbər Rizvan oğlu təlimdə paraşütün açılmaması nəticəsində həyatını itirib.
TodayPress TV xəbər verir ki, o, bu gün doğulduğu Biləsuvar rayonunun Əliabad kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, 7 il ordu sıralarından xidmət edən Ə.Quliyev Vətən müharibəsində qəhrəmancasına döyüşüb. Subay idi.
Allah rəhmət eləsin!
***
22:43
Azərbaycan Ordusunun hərbçisi həlak olub.
TodayPress TV “Unikal”a istinadən xəbər verir ki, hərbçimiz 2002-ci il təvəllüdlü Ələkbər Quliyev təlimdə həyatını itirib.
Ə.Quliyev Vətən müharibəsində və lokal xarakterli antiterror əməliyyatlarında iştirak edib. Göstərdiyi igidliklərə görə bir neçə medalla təltif olunub.
Mərhum bu gün Biləsuvar rayonun Əliabad kəndində torpağa tapşırılıb.