Müəllim geyimi dərsi yayındırır?: "O qədər çox aksesuar taxırlar ki..."

Müəllim geyimi dərsi yayındırır?: "O qədər çox aksesuar taxırlar ki..."
22.06.2026 14:06 Cəmiyyət

"Məktəblərdə pedaqoqlar üçün vahid geyim forması tətbiq edilməlidir".

Bunu TodayPress TV-yə açıqlamasında modelyer Şəlalə Maqsudova təklif edib.


Onun sözlərinə görə, müəllimlərin fərqli və sərbəst geyim tərzi bəzən tədris prosesinə mənfi təsir göstərə bilər və bu səbəbdən vahid, klassik üslublu forma daha məqsədəuyğundur:

"Müəllim geyimi həm peşəni tanıtdırmalı, həm də tədris mühitinə uyğun olmalıdır. Çox doğru bir məsələdir ki, müəllimlər hər dəfə fərqli üslublarda məktəbə gəlirlər. Əslində, müəllimlər üçün vahid geyim formasının olması çox gözəl olar. Çünki müəllimin geyimi, ilk növbədə, seçilməlidir. Müəllim geyimindən tanınmalıdır ki, onun müəllim olduğu bəlli olsun".

Modelyerin fikrincə, geyimdə klassik üslub əsas götürülməli, lakin rəng seçimləri yalnız ağ və qara ilə məhdudlaşdırılmamalıdır:

"Düşünürəm ki, klassik üslubda geyim daha uyğun və gözəl olar. Biz, təbii ki, klassika deyəndə ağ və qara rəngləri nəzərdə tuturuq. Ancaq mən yalnız ağ-qara rənglərlə məhdudlaşmağın tərəfdarı deyiləm. Belə ki, ağ rəng mütləq olmalıdır, lakin tünd göy, elektrik göyü və ya tünd qırmızı rəngləri də seçim kimi nəzərdən keçirilə bilər. Bu rənglər ağ rənglə kombinasiya oluna bilər".

O, həmçinin qeyd edib ki, hazırkı geyim müxtəlifliyi bəzən şagirdlərin diqqətini dərsdən yayındıra bilər:

"Bir məqamı da vurğulamaq istərdim ki, müəllimlərin fərqli üslublarda geyinməsi müəyyən problemlərə səbəb olur. Bəzən elə müəllimlər olur ki, həddindən artıq vulqar geyinirlər. Elə müəllimlər də var ki, çox sadə geyimə üstünlük verirlər. Vulqar geyinən müəllimlərin dərs zamanı şagirdlərin diqqətini dərsdən yayındıraraq onların müəllimin geyiminə yönəltməsi mümkündür".

Ş.Maqsudova vurğulayıb ki, aksesuarların həddindən artıq istifadəsi də dərs prosesinə təsir göstərə bilər:

"Hətta bəzi müəllimlər o qədər çox aksesuar taxırlar ki, mən buna özüm də şahid olmuşam. Belə hallarda şagirdlərin dərsə qulaq asmadığını, diqqətlərinin müəllimin geyimində və taxdığı aksessuarlarda olduğunu görmüşəm. Məktəblərdə vahid geyim forması şagirdlərdə olduğu kimi müəllimlər üçün də tətbiq edilməlidir. Bu geyim forması mövsümlərə uyğunlaşdırılmalıdır. Yəni müəllimlər üçün həm qış, həm də yay forması nəzərdə tutulmalıdır. Düşünürəm ki, bunun üçün xüsusi eskizlər hazırlanmalı, formaların dizaynı müəyyənləşdirilməli və sonra təqdim edilməlidir ki, müəllimlərin yay və qış geyim formalarının necə olacağı dəqiq şəkildə bəlli olsun", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
11 AUGUST 2026
Prezident Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış oldu 19:55 İlham Əliyev Ümummilli Liderin abidəsini ziyarət etdi 19:46 Bulvarda dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 19:34 Putin Trampa şayba göndərdi 19:26 Prezident və xanımı Naxçıvandadır - VİDEO 19:14 745 milyon dollarlıq raket sifarişi: ABŞ nəyə hazırlaşır? 19:07 Bakıda yeniyetmələr elektron qəlyana görə bir-birinin qanını tökdülər 18:59 Gəncədə yol keçmək istəyən iki nəfəri avtomobil vurdu 18:45 Kim daha yaxşı donuz səsi çıxarır? Fransada qəribə yarışın qalibi seçildi 18:32 ABŞ-da Azərbaycanla bağlı mühüm görüş - Nələr müzakirə edildi? 18:22 Husilərə “komanda” verən İran imiş - Yəməndən İDDİA 18:14 Özbəkistan TƏCİLİ hərəkətə keçdi: Tatarıstana xüsusi qrup göndərildi 18:06 Erməni deputat: TRIPP layihəsi ilə bağlı İranla razılaşmışıq 17:49 Ermənistan Azərbaycandan qaz almaq istəyir 17:44 Lənkəranda meşədən iki nəfərin meyiti tapıldı 17:32 ABŞ İran blokadasını yarmaq istəyən gəmini vurdu 17:28 Axundzadə gəlməmiş komandada kütləvi ayrılıq başladı! 17:07 Kolumbiyada zəlzələdən sonra daha 5 təkan: Dağıntılar altında axtarışlar davam edir 16:37 Paşinyanın qızı nazirlikdə işləməyə başladı 17:00 Bakıda bir ildir itkin düşən qadının skeleti tapıldı, oğlu saxlanıldı 17:20 Rusiya bu ölkə ilə hərbi təlimlərə start verdi 16:49 Antonellinin gələcəyi parlaqdır! Kulthard onun üstünlüyünü açıqladı 16:42 ABŞ və Polşa birgə silah istehsal edəcək 16:33 Çempion meydana çıxır! NBA-də yeni mövsümün açılış oyunları bəlli oldu 16:37 Qarpız və qovunu kimlər ehtiyatla yeməlidir? 16:20 All News