Ağciyər Xəstəlikləri Mərkəzinin Qobustan Regional Xəstəxanasının açılışı oldu

Ağciyər Xəstəlikləri Mərkəzinin Qobustan Regional Xəstəxanasının açılışı oldu
16.05.2025 11:44 Cəmiyyət

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Ağciyər Xəstəlikləri Mərkəzinin nəzdindəki Qobustan Regional Xəstəxanasının açılışı olub.

Bu barədə TodayPress TV-yə TƏBİB-dən məlumat verilib. 

Açılış mərasimində TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Səhiyyə Nazirliyi HIV/AIDS, Vərəm və Malyariya ilə mübarizə proqramının Layihə Əlaqələndirmə Bürosunun direktoru Yaşar Orucov, Azərbaycan Respublikası Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova, Qobustan Regional Xəstəxanasının baş həkimi Samir Quliyev, eyni zamanda Ağciyər Xəstəlikləri Mərkəzinin regional xəstəxanalarının baş həkimləri və şöbə müdirləri iştirak edib. 

Qobustan Regional Xəstəxanasında yaradılan şərait barədə məlumat verən Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov bildirib ki, burada vərəmin aşkarlanması və diaqnostikasının yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsi, nəzarətin gücləndirilməsi, vərəm xəstəliyinin laborator və instrumental diaqnostika şəbəkəsinin təkmilləşdirilməsi və gücləndirilməsi üçün lazımi şərait yaradılıb. 

Qobustan Regional Xəstəxanası 3 min kvadratmetr ərazidən ibarət inzibati hissədən, habelə 100 çarpayı yeri olan 3 stasionar infeksion xəstəliklər korpusundan və köməkçi sahələrdən ibarətdir.

Xəstəxanada iş prosesinin səmərəli təşkili üçün inzibati hissədə tam şərait yaradılıb, tibbi xidmətlərin elektronlaşdırılması, tibbi xidmətə əlçatanlığın tam təmin edilməsi məqsədilə müəssisə yüksək sürətli internet və kompüterlərlə təchiz edilib.   

Ağciyər vərəmi diaqnozu təyin edilən pasiyentlərin müalicəsi dərmanlara davamlılıq modeli nəzərə alınmaqla üç şöbədə təşkil olunur. 

Qobustan Regional Xəstəxanasında müalicənin təyini, monitorinqi və müalicə nəticələrinin qiymətləndirilməsi məqsədilə yaradılmış Həkim Məsləhət Komissiyası da fəaliyyət göstərir.   

Həyati funksiyaları pozulmuş və yaşaması risk altında olan, xüsusi baxım tələb olunan şəxslərə Reanimasiya və intensiv terapiya bokslarında xidmət göstərilir.   

Bütün reanimasiya otaqları və palataları süni ventilyasiya cihazı, mərkəzləşdirilmiş oksigen və vakuum sistemləri, defibrilyator, monitor kompleksləri və avadanlıqlarla təchiz edilib.

Həmçinin reanimasiya bokslarından birində xroniki böyrək çatışmazlığından əziyyət çəkən basilyar vərəmli xəstələr üçün hemodializ avadanlıqları quraşdırılıb.   

Tibb müəssisəsində Qobustan Rayon Mərkəzi Xəstəxanasının mərkəzləşmiş mətbəxi tərəfindən göndərilən yeməklərin qəbulu və paylanılması üçün bufet-yeməkxana yaradılıb.   

Tibb müəssisəsində təsərrüfat, texniki dəstək bölməsi, habelə qazanxana, camaşırxana, təsərrüfat otaqları və anbar üçün ayrıca köməkçi sahələr mövcuddur.

Xəstəxana mərkəzləşdirilmiş oksigen generator sistemi və ehtiyat oksigen balonları ilə təchiz olunub. 

XƏBƏR LENTİ
30 IYUL 2026
İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Bütün Xəbərlər