Prezident Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış oldu

Prezident Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış oldu
11.08.2026 19:55 Daxili siyasət

Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində inşa edilən, ümumi gücü 50 MVt olan "Şəms 1" və "Qərbi Üfüq" Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olublar.

TodayPress TV xəbər verir ki, energetika naziri Pərviz Şahbazov layihələrlə bağlı dövlət başçısına və birinci xanıma məlumat verdi.

Bildirildi ki, 25 MVt-lıq "Şəms 1" layihəsi müəyyən edilmiş bərpaolunan enerji mənbələri ərazisində 52 hektar sahədə həyata keçirilir. "CEİ Naxçıvan" MMC tərəfindən artıq 10 MVt gücündə Günəş panellərinin quraşdırılması başa çatdırılıb. Tikinti-quraşdırma işlərinin bu ilin noyabrında yekunlaşdırılması planlaşdırılır. Şəbəkə infrastrukturunun inşası yekunlaşdıqdan sonra stansiya istismara veriləcək. Hazırda layihənin icrasında 218 nəfər işçi çalışır.

Stansiyanın istismara verilməsindən sonra illik təxminən 57 milyon kilovat-saat elektrik enerjisinin istehsal olunacağı və 19 minə yaxın ev təsərrüfatının enerji ilə təmin ediləcəyi planlaşdırılır. Bununla da ildə təxminən 26 min ton karbon qazı emissiyasının qarşısı alınacaq və 12 milyon kubmetr təbii qaza qənaət ediləcək.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya "CEİ Naxçıvan" MMC-nin daxil olduğu AGEC şirkətlər qrupunun ölkəmizdə icra etdiyi digər layihələr barədə də məlumat verildi.

Dövlətimizin başçısı və birinci xanım gücü 25 MVt olan "Qərbi Üfüq" Günəş Elektrik Stansiyasında görülən işlərlə də tanış oldular.

Diqqətə çatdırıldı ki, "Enerso" MMC tərəfindən stansiyanın inşası ilə bağlı topoqrafik işlər artıq tamamlanıb, geoloji tədqiqat işləri isə davam edir. Cari ilin sonunadək tikinti işlərinə başlanılması nəzərdə tutulur. Layihənin bərpaolunan enerji mənbələri ərazisi kimi müəyyənləşdirilmiş 50 hektar sahədə həyata keçirilməsi nəzərdə tutulur. Stansiyanın istismara verilməsindən sonra illik təxminən 61 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq və bu, 21 minə yaxın ev təsərrüfatının enerji ilə təmin olunmasına imkan verəcək. Eyni zamanda, ildə təxminən 26 min ton karbon qazı emissiyasının qarşısının alınacağı və 12 milyon kubmetr təbii qaza qənaət ediləcəyi proqnozlaşdırılır.

Ümumilikdə Naxçıvanda 688 hektar sahə Günəş elektrik stansiyalarının tikintisi məqsədilə bərpaolunan enerji mənbələri ərazisi kimi müəyyən edilib.

Azərbaycanda bərpaolunan enerji mənbələri üzrə qoyuluş gücü 2070 MVt-dır. Bunun da 108 MVt-ı, yəni 5.2 faizi Naxçıvanın payına düşür. "Şəms 1" və "Qərbi Üfüq" stansiyalarının istifadəyə verilməsi ilə bu rəqəm 158 MVt olacaq.

FOTOLAR

Prezident Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış oldu — 1
Prezident Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış oldu — 2
Prezident Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış oldu — 3
Prezident Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış oldu — 4
Prezident Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış oldu — 5
Prezident Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış oldu — 6
Prezident Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış oldu — 7
Prezident Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış oldu — 8
Prezident Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış oldu — 9
XƏBƏR LENTİ
11 AVQUST 2026
İran ABŞ-yə şərtlərini qoydu: Hörmüz boğazı bu halda açılacaq! 20:46 İlham Əliyev Naxçıvanda yeni elektrik avtobuslarına baxdı - YENİLƏNDİ 20:14 Prezident və xanımı Naxçıvanda yeni DOST Mərkəzini açdı - YENİLƏNDİ 20:16 Sərhəd rəhbərləri görüşdü: Yük maşınları ilə bağlı yeni qərar gözlənilir 20:36 Metro sərnişinlərinə ŞAD XƏBƏR! “Dərnəgül”də yenilik 20:27 Müəllim olmaq istəyənlərə ŞAD XƏBƏR! Nəticələr açıqlandı 20:20 UEFA Çempionlar Liqası: "Sabah" - "Orhus" matçı başladı 20:08 İlham Əliyev Naxçıvanda Sənaye Parkının təməlini qoydu 20:01 Prezident Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış oldu 19:55 İlham Əliyev Ümummilli Liderin abidəsini ziyarət etdi 19:46 Bulvarda dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 19:34 Putin Trampa şayba göndərdi 19:26 Prezident və xanımı Naxçıvandadır - VİDEO 19:14 745 milyon dollarlıq raket sifarişi: ABŞ nəyə hazırlaşır? 19:07 Bakıda yeniyetmələr elektron qəlyana görə bir-birinin qanını tökdülər 18:59 Gəncədə yol keçmək istəyən iki nəfəri avtomobil vurdu 18:45 Kim daha yaxşı donuz səsi çıxarır? Fransada qəribə yarışın qalibi seçildi 18:32 ABŞ-da Azərbaycanla bağlı mühüm görüş - Nələr müzakirə edildi? 18:22 Husilərə “komanda” verən İran imiş - Yəməndən İDDİA 18:14 Özbəkistan TƏCİLİ hərəkətə keçdi: Tatarıstana xüsusi qrup göndərildi 18:06 Erməni deputat: TRIPP layihəsi ilə bağlı İranla razılaşmışıq 17:49 Ermənistan Azərbaycandan qaz almaq istəyir 17:44 Lənkəranda meşədən iki nəfərin meyiti tapıldı 17:32 ABŞ İran blokadasını yarmaq istəyən gəmini vurdu 17:28 Axundzadə gəlməmiş komandada kütləvi ayrılıq başladı! 17:07 Bütün Xəbərlər