Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür

Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür
28.06.2026 11:00 Cəmiyyət

Bu gün Azərbaycan milli mətbuatının əsasını qoymuş, maarifçi və ziyalı Həsən bəy Zərdabinin anadan olmasından 189 il ötür.

TodayPress TV  xatırladır ki, Həsən bəy Zərdabi 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində dünyaya gəlib. O, ilk təhsilini mollaxanada alıb, orta məktəbi Tiflisdə bitirib. Daha sonra Moskva Universitetinə qəbul olunaraq təbiət elmləri üzrə ixtisaslaşıb.

1869-cu ildən etibarən Bakı şəhərində rusdilli orta məktəbdə təbiətşünaslıq fənnini tədris edən Həsən bəy Zərdabi maarifçilik və mədəni həyatın inkişafı üçün fəal çalışıb. 1873-cü ildə Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlovla birlikdə Mirzə Fətəli Axundzadənin "Hacı Qara" və "Lənkəran xanının vəziri" komediyalarını səhnəyə qoyaraq Azərbaycan teatrının formalaşmasında mühüm rol oynayıb.

1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin yaradılmasında da yaxından iştirak edib.

Zərdabinin ən böyük tarixi xidməti isə 1875-ci il iyulun 22-də Azərbaycan dilində ilk milli qəzet olan "Əkinçi"nin nəşrə başlaması olub. Sadə xalqın maariflənməsinə xidmət edən bu qəzet cəmi iki il fəaliyyət göstərə bilib və 1877-ci il sentyabrın 29-da çapı dayandırılıb.

O, həmçinin 1880-1890-cı illərdə o, "Ziya", "Kəşkül", "Kaspi", "Novoye obozreniye" kimi dövrün nüfuzlu qəzetlərində Azərbaycan və rus dillərində elmi-kütləvi məqalələrlə çıxış edib.

Ömrünün son illərində Bakı Şəhər Dumasının maarif şöbəsində çalışıb. Həsən bəy Zərdabi 1907-ci il noyabrın 28-də vəfat edib və Bibiheybət məscidinin yaxınlığında dəfn olunub. Onun məzarı 1957-ci ildə Fəxri xiyabana köçürülüb.

Bu gün Azərbaycan Təbiət Tarixi Muzeyi və Gəncə Pedaqoji İnstitutu böyük maarifçinin adını daşıyır.

TodayPress TV 

NEWS FEED
13 AUGUST 2026
DİQQƏT: Metronun iş rejimi dəyişir 12:24 Bir illik sülhdən sonra ilk ünvan: NAXÇIVAN 12:12 SON DƏQİQƏ: Qardaş ölkədə şiddətli zəlzələ oldu 12:18 Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi 12:11 NBA əfsanəsinə sərvət təklifi: 3 günə 100 min dollar! 12:07 İran Trampın təyyarəsini vurmaq istəyib? - ŞOK SSENARİ 11:57 “Everton”un gənc futbolçusu mərc qalmaqalının mərkəzində! 11:47 Xocalıda insan sümüyünə bənzər qalıqlar tapıldı 11:40 Gənc şahmatçılarımızdan möhtəşəm nəticə: Avropa çempionatına yollandılar! 11:29 Tarixin ən isti avqustunu yaşayırıq 11:22 Pensiyalarla bağlı şad xəbər - Bu tarixdən... 11:09 Qatar vuruldu, iki maşinist öldü - VİDEO 10:53 Azərbaycan regionun nəqliyyat xəritəsini dəyişəcək – ŞƏRH 10:33 “Barselona” israr edir, “Mançester Siti” qiyməti qaldırır – Rodri savaşı 10:36 Başqırdıstanda "Wildberries"in böyük anbarı yanır -VİDEO 10:14 Azərbaycan dueti zirvədə: Türkiyədə bütün rəqiblərə qalib gəldilər! 10:05 Bakı - Tbilisi qatarında müəmma: Nə baş verir? 09:59 “Qarabağ” üçün böyük sınaq: “Dinamo” qarşısında geridönüş şansı 09:51 Dünya bazarında Azərbaycan nefti ilə bağlı yenilik 09:30 Bakının mərkəzində obyekt yandı, mənzillərə də ziyan dəydi 09:13 “PSJ” transfer bazarında hərəkətə keçir: üç futbolçu yoldadır 09:24 Putin mübahisəli Kuril adasına getdi: Yaponiya ilə gərginlik yenidən gündəmdə 09:00 64 komandalı dünya çempionatı ideyası gündəmdə: İnfantinodan dəstək 09:15 Sosial şəbəkələrdə emosional paylaşımlar insanlara necə təsir edir? Alimlər açıqladı 08:56 “Çelsi”dən Enzo Fernandes üçün ultimatum: 140,5 milyon avro! 08:54 All News