Medianın İnkişafı Agentliyi çap və onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edir

Medianın İnkişafı Agentliyi çap və onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edir
13.11.2025 12:19 Cəmiyyət

Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edir.

TodayPress TV xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat verib.

Məlumata əsasən , Media Reyestrinə daxil edilmiş ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.

Media subyektlərinin müsabiqədə iştirak etməsi üçün bir nəfər məsul redaktor və üç nəfər jurnalist olmaqla ən azı dörd nəfərdən ibarət heyəti olmalıdır.

Müsabiqənin yekununda qalib elan edilmiş onlayn media subyektləri ilə Agentlik arasında həmin subyektlərin hər birinə aylıq 5000 manat məbləğində maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 ay müddətində qüvvədə olur. Bu dövr ərzində müvafiq dörd nəfər işçinin hər birinin əməkhaqqının minimum məbləği 800 manat təşkil etməlidir.

Müsabiqəyə 26 noyabr 2025-ci il saat 18:00-dək müraciət etmək mümkündür.

Müsabiqənin qaydaları ilə buradan ətraflı tanış ola bilərsiniz.

Eyni zamanda, Medianın İnkişafı Agentliyi çap mediası subyektlərinə dəstək üçün də müsabiqə elan edib. Media Reyestrinə daxil edilmiş ictimai-siyasi qəzetlər müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir. Müsabiqənin yekununda qalib elan edilmiş qəzet redaksiyaları ilə Agentlik arasında maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 (altı) ay müddətində qüvvədə olur.

Agentlik tərəfindən qəzetlərin həftədə bir nömrəsinin çapına maliyyə yardımı göstərilir və bu məqsədlə onlara aylıq 5000 (beş min) manat məbləğində vəsait ödənilir, qəzetin eyniadlı veb-saytına isə aylıq 3000 manat (əsaslı yenilənmə niyyəti ifadə edilmişdirsə, ilk ay 5000 manat olmaqla) məbləğində maliyyə yardımı göstərilir.

Müsabiqəyə 26 noyabr 2025-ci il saat 18:00-dək müraciət etmək mümkündür.

Müsabiqənin qaydaları ilə buradan tanış ola bilərsiniz.

TodayPress TV


NEWS FEED
16 JUNE 2026
Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 All News